Erotik kitab yazan polkovnikin “Ön söz"çüsü də FHN polkovnikidir - fotofakt
Bu gün mediada yayılan xəbərlərə görə, Fövqəladə hallar naziri Kamaləddin Heydərov FHN-nin hərbi hissələrinə paylanılan qalmaqallı kitabın müəllifini işdən azad edib. Gundeminfo.az xəbər vermişdi ki, bu barədə azeuronews.com-a verilən xəbərdə iddia olunur ki, polkovnik-leytenant Əbülfəz Kazımovun seksual sətirlər olan kitabı nazirin əlinə keçib və FHN şefi əsəbləşib.
Müəllifin "Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi” kitabında seksual mövzuya toxunması cəzalanması ilə nəticələnib. Məlumata görə, K.Heydərov Ə.Kazımovu FHN-dən uzaqlaşdırıb. Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb.
YAZI BURADA
Nəticə etibarilə də Əbülfəz Kazımov işdən zad edilib. Gundeminfo.az-a daxil olan məlumata əsasən qalmaqallı kitaba “Ön söz” yazan da elə FHN-də işlətən polkovnik-leytnant Çingiz Babayevdir. Ç.Babayev kitaba yazdığı ön sözündə müəllifi öyərək yazır ki, kitabın özündən də, onu yazanın üzündən də nur yağır. “Ön söz” müəllifi polkovnin Çingiz Babayev daha sonra yazır: “Müəllif elə bir kəsdir ki, sözündən və məsləhətindən minlərlə insan hər gün faydalanır. Xalqını sevən vətənindən ötrü canını verən Əbülfəz Həsən Oğlu Kazımov vətəndaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirdi”.
Qeyd edək ki, Çıngız Babayev də FHN-də yüksək vəzifə tutan zabitlərdən biridir və Ə.Kazımovun kitabına “Ön söz” yazarkən kitabın içindəkilərdən sözsüz ki, xəbərdar olub. Və kitabda yazılanlarla sürtkü yağları arasındakı bağlılığın “mövcudluğunu” hər halda erotik mənada anlatılmasından da xəbərdar olub. Və əlbəttə ki, kitabda yazılanların FHN-nin hərbi hissələrində tədris vəsaiti kimi yayılmasından da bilgili olub. İşdən birbaşa Kəmaləddin Heydərov göstərişi ilə azad edilən Əbülfəz Kazımovla yanaşı onu öyən Çingiz Babayev isə hələ də iş başındadır. Mövzu ilə bağlı FHN hələ də açıqlama verməyib.
1347 dəfə oxundu