Muxtar Babayev nazirlikdə total yoxlamalara başlayır - kimlər gedəcək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni şöbə yaradılıb. Gundeminfo.az unikal.org-a istinadən xəbər verir ki, yeni nazir Muxtar Babayevin müvafiq əmrinə əsasən nazirlikdə yeni - Audit şöbəsi yaradlıb və Fərid İslamov şöbə müdiri təyin olunub. Məlumatı saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Fərid İslamov Muxtar Babayevin köməkçisi olub.
Bu təyinatı Gundeminfo.az-a şərh edən mənbə bildirir ki, təyin olunduğu gündən bəri nazirlikdə hər hansı bir mühim vəzifə dəyişikliyi etməyən Muxtar Babayev bütünlüklə yoxlamalara start verəcək. M.Babayev ən yaxın adamını bu posta gətirməklə daxili audit aparmaq qərarına gəlib. Mənbəmiz bildirir ki, yeni nazir keçmiş köməkçisini audit şöbəsinə rəhbər təyin edərək özündən əvvəlki dövlər üzrə nazirliyin bütün strukturlarının fəaliyyətini təftiş edəcək. Və informasiyaya əsasən yeni nazir yaxın zamanlarda yeyintiyə, məsuliyyətsizliyə yol vermiş məmurları yola salacaq. Mənbəmiz yaxın zamanlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyində məmur ixtisarlarının başlayacağını iddia edir.
799 dəfə oxundu