Qardaşı Kapital Bankın sədri - atası tanınmış alim - Yeni icra başçısı kimdir?

Qardaşı Kapital Bankın sədri - atası tanınmış alim -

Bu gün ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Elıxan Şamil Oğlu Allahverdiyev Binəqədi rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Gundeminfo.az-a daxil olan məlumata əsasən yeni icra başçısı əslən Naxçıvan MR-in Şərur rayonundandır. E.Allahverdiyevin atası Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirmişdir. Həmin İnstitutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən İzotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100- qədərelmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. Şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat etmişdir.

Yeni icra başçısının qardaşı Rövşən Şamil oğlu Allahverdiyev 10 iyun 2013-cü ildən Kapitalbankın idarə heyyətinin sədri vəzifəsində işləyir.
Qardaşı Kapital Bankın sədri - atası tanınmış alim -

Gundeminfo.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...