Razim Məmmədov Bakı meri olmaq istəyir ... hər kəsdən bu barədə rica edir

Razim Məmmədov Bakı meri olmaq istəyir ...


Dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu vəzifəsindən azad edlərək baş nazirin müavini təyin olunub. Bir müddətdir ki, Bakı meri postu boşdur. Və bu keçən müddət ərzində mer olmaq istəyən bir neçə oliqarx-icra başçıları var. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Bakı meri postu boşalandan bəri Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bütün iş-gücünü ataraq mer olmaq üçün qapılarda qalıb. Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, Razim Məmmədov ən yüksək dairlərdə “gördüyü işləri” reklam etmək üçün bütün dostlarına minnətçi düşüb. Məlumatlara əsasən dövlət başçısından onu mer təyin etməsi üçün Razim Məmmədov tanıdığı hər kəsə minnətçi düşüb. Hətta informasiyalara əsasən R.Məmmədov icra başçısı olmaq istədiyini və bu arzusuna çatacağını yaxın ətrafından da gizlətməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1359 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...