Minlərlə vətəndaşımız Qazaxıstanda pulsuz işlədilir – “Akkord”un fəhlələri

Minlərlə vətəndaşımız Qazaxıstanda pulsuz işlədilir –


2017-ci ilin iyul ayının 24-də “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Qazaxıstan Respublikasında 70 milyon dollarlıq tenderin qalibi olub. Və artıq sifarişçisi Qazaxıstan Respublikasının Yol Komitəsi, maliyyə dəstəkçisi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) olan Kurty-Burilbaytal yolunun inşasına start verilib. Gundeminfo.az-a daxil olan məlumata əsasən hazırda Astanada adıçəkilən yolun inşasında iştirak edən minlərlə azərbaycanlı 3 aydır ki, əmək haqqı ala bilmirlər. Bu barədə redaksiyamıza müraciət edən vətəndaşlar deyir ki, müqavilə üzrə Azərbaycandan 2 min nəfərə yaxın vətəndaş Qazaxıstana aparılıb. Lakin aylardır ki, onlar maaş ala bilmirlər. Müqavilə üzrə şərtləri pozaraq öz ölkəsinə qayıdanlardan isə 600 manatlıq təyyarə bileti məcburi qayada alınır. “Hesablarımız Kapitalbankdadır. Pullarımız da bu bankın plastic kartlarında olur. Biz aylarla orada pulsuz işləməkdən bezib öz ölkəmizə qayıtmaq istəyəndə, bank bizə heç bir xəbərdarlıq etmədən ailəmizin çörək pulu olan son qəpiklərimizi də cərimə halında hesabımızdan silir. Banka xəbərimiz olmadan hesabımızdan niyə pul silindiyini deyəndə isə heç bir cavab ala bilmirik. İndi Qazaxıstanda xeyli sayda adam var ki, onlar Azərbaycana aylardır pul yollaya bilmirlər” deyə şikayətçilər yazır.

Gundeminfo.az olaraq “Akkord”dun da mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
728 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...