İnam Kərimova hollandiyalı məsləhətçi təyin olunub - FOTO

İnam Kərimova hollandiyalı məsləhətçi təyin olunub -

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, nazir İnam Kərimov holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib.
İnam Kərimova hollandiyalı məsləhətçi təyin olunub -

Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası "Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib.

Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb.

Rusiya, Almaniya, Avstriyanın müxtəlif bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...