Zakir Fərəcov Sevindik Hətəmova qəzəblidir?

Zakir Fərəcov Sevindik Hətəmova qəzəblidir?

Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovdan narazılıqlar artıb. Rayonun aqrar islahatlarından tutmuş, abadlıq=quruculuq işlərinə qədər icra başçısının vəzifəsinə laqeyd yanaşdığı deyilir. Aqrar sektor üzrə bu il Salyan üçün nəzərdə tutulmuş proqnozların icra edilə bilməyəcəyi gözləniləndir. Gundeminfo.az-a danişan sakinlər deyirlər ki, icra başçısı rayonun kəndləri ilə maraqlanmır. Ümumiyyətlə bu yalnız mərkəzdə təmizlik-abadlıq işləri aparılır. Bu səbəbdən kənd camaatı, yolsuzluq, işıq, qaz su kimi kommunal problemlərdən əziyyət çəkirlər. Azərbaycanın əksər rayonlarında ucqar kəndlərində belə yollar inşa edildiyi halda Salyanda bunu müşahidə etmək olmaz.
Gundeminfo.az-a danişan mənbə bildirir ki, fəaliyyəti ilə uğursuzluq zolağına düşən Sevindik Hətəmov hamisi Zakir Fərəcovun qəzəbinə tuş gəlib. Həm əslən Laçından həmyerlisi olan Sumqayıtın icra başçısı Zakir Fərəcovdan zaman istəyən Hətəmov bu ilin taxıl və pambıq tədarükü üzrə öhdəlikləri yerinə yetirə bilməyəcəyindən narahatdır. Bunu bilən Zakir Fərəcovun ona qısa bir müddətli şans tanıdığı deyilir. Əgər ən qısa zaman da taxıl tədarükü ilə bağlı Saıyan üzrə proqnozlar icra edilməsə Z.Fərəcovun ondan üz döndərəcyi və S.Hətəmovun işini itərəcəyi gözlənilir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...