Xətai rayonunda növbəti "yaşıl soyqırım" - Ekologiya nazirinə müraciət edildi

Xətai rayonunda növbəti "yaşıl soyqırım"  -

Bakının Xətai rayonu, Telnov küçəsi. Qəssablar iş başında. Gundeminfo.az-a adıçəkilən rayondan daxil olan məlumata əsasən bu rayonda illərdir ki, yaşıllıqlar məhv edilir. Redaksiyamıza daxil olan informasiyaya əsasən Telnov küçəsində 30 illik agaclar vəhşicəsinə məhv edilir. İnformasiyaya əsasən Telnov küçəsinin sakinləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət etsələr də heç bir nəticə yoxdur. Bütün gün ərzində nazirliyə müraciət edilsə də əraziyə heç bir komissya göndərilməyib. Bundan başqa həmin küçənin sakinləri yaşıllıqları məhv edənlərə etiraz edərkən aldıqları cavab ondan ibarət olub ki, burada tikinti işləri aparılacaq və agacların qırılması ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə razılaşma əldə edilib. Məlumatlara əsasən Xətaidə yaşıllıqların məhv edilməsi ilə bağlı Telnov küçəsində aparilacaq tikinti işlərinə Xətainin icra başçısı Razim Məmmədovun yaxın qohumlarından birinə məxsus olan şirkət həyata keçirəcək. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Xətai rayonunda növbəti "yaşıl soyqırım"  -
Xətai rayonunda növbəti "yaşıl soyqırım"  -
Xətai rayonunda növbəti "yaşıl soyqırım"  -
Xətai rayonunda növbəti "yaşıl soyqırım"  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...