Süleyman Mikayılov nə zaman vəzifəsindən azad ediləcək?

Süleyman Mikayılov nə zaman vəzifəsindən azad ediləcək?

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı neqativ hesabatlar hazırlanır. Gundeminfo.az-a daxil olan informasiyalara əsasən Süleyman Mİkayılovun fəaliyyətində, vətəndaşlarla ünsiyyət, "Dövlət qulluqçularının etik davranış kodeks"i kobud şəkildə pozulub. Məlumatlara əsasən 2018-ci ilin birinci yarısında vətəndaşlarla ən az ünsiyyətdə olan icra başçılarından biri də Süleyman Mikayılovdur. İcra başçısının rəsmi qəbul günlərində demək olar ki, görüşləri müavinləri və bəzən İcra Hakimiyyətinin məsləhətçiləri reallaşdırrlar. S.Mikayılovun həm keçmiş MTN-dəki bağlantıları, həm də bu yaxınlarda həbc edilmiş Hüseyn Abdullayevlə sıx ilişgilərinin olmasına dair faktlar araşdırılır. Məlumatlara əsasən ən yüksək dairlərdə artıq "Çakır"ın qələminin qırıldığı söylənilir. Bildirilir ki, artıq Qaradağın icra başçısını himayə edənlərdən olan əsas şəxs, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da ondan üz döndərib. Və bütün bu prosseslərin məntiqi sonucu olaraq bu yay sözün həqiq mənasında Süleyman Mikayılov üçün qaynar günlərlə dolu olacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...