Əbülfəz Məlikovun "Quska"yla ortaq biznesi də var - hesab sorulacaq

Azərbaycan prezidentinin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri təyin edilən Səfər Mehdiyev gömrük sistemində bir sıra təmizləmələr həyata keçirib. Gömrükdəki manapoliya "krallıqları" demək olar ki, təmamən çökdürülüb. Bu sistemdəki karqo manapoliyası, həmçinin də brokerlərlə bağlı manapoliyalar demək olar ki, ortadan qalxmaq üzrədir. Azərbaycana idxal edilən aksisiz siqaretlər, o cümlədən də qida məhsulları ilə bağlı olaraq bir sıra islahatlar həyata keçirilib.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən sistemdəki islahaltlardan daha çox narahat olan da "Broker" MMC-nin rəhbəri olan, uzun illər Azərbaycan gömrüyündə əsas monopolistlərdən biri kimi tanınan Əbülfəz Məlikovdur. Ə.Məlikov hələ Aydın Əliyevin zamnında belə ciddi şəkildə sıxışdırılsa da sonradan A.Əliyevlə anlaşma nəticəsində gömrükdəki fəaliyyətini bərpa edə bilib.
Məlumatlara əsasən Əbülfəz Məlikovun digər bir istiqamətdə də fəaliyyəti ilə bağlı ən yüksək dairələrdə araşdırmalara başlanılıb. İnformasiyalara görə, Azərbaycandan çox az sayda iş adamı Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərə bilir. Məhz Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri qohum və tanışlıq bağlarına dayanaraq Zbülfəz Məlikova Naxçıvanda biznes qurmaq şansı tanıyıb. Lakin son zamanlar aparılan araşdırmalardan sonra bəlli olub ki, Əbülfəz Məlikovun Naxçıvandakı əsas biznes ortağı bu yaxınlarda Azərbaycan hakimiyyətinin əleyhinə xaricdə propaqanda aparan "Quska" ləqəbli Hüseyn Abdullayev olub. İnformasiyalara əsasən "Quska" ilə "Broker Əbülfəz"in biznes ortaqlığında böyük pullar dövriyyədə olub. Fəaliyyəti dövründə hətta xaricdəki biznesini də yönəltməyə nail olan Əbülfəz Məlikovun HüseynAbdullayevlə biznes ortaqlığına görə sorğu-suaol ediləcək.
Bunadan başqa Əbülfəz Məlikovun "Fermer evləri" ilə bağlı fəaliyyəti və bu sahədəki yeyintilərə dair redaksiyamıza daxil olan ilginc faktları da yaxın günlərdə sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
718 dəfə oxundu