Sevgi üzərində qurulan Azərbaycan uğruna - ucalarıq sevgiylə

Sevgi üzərində qurulan Azərbaycan uğruna -

Gəncədə Azərbaycana əl uzadan cəhalət - dövlətimizə əl uzadanlar cəzalarını alacaqlar əlbəttə!

Kim narahatdır bu dövlətin güclənməsindən? Kim narahatdır bu ölkədə dindarla ateistin bərabər yaşamasından?

Narahat olanlar nə dindardır, nə də ateist. Narahat olanlar dövlət nədir bilməzlər. Uğruna canından keçənləri sevməyənlər, Bu DÖVLƏTİN bayrağının ucada dalğalanmasını istəməyənlər, bu yurdu sevməyənlər, yuxusuz gecələr keçirib uğurlarımızdan dolayı iztirab çəkənlərdir ...

Narahat olanlar bu vətən uğruna canından keçən şəhidləri sevməyənlərdir. Və Vətən, Dövlət qeyrəti uğruna canını fəda edənləri tanımayıb, xatırlamayıb, sevməyib vicdansızcasına ortaya atılan bir ovuc dəstə...

Gəncədə icra başçısına, polisimizə cəhalətin, xaricdən yal sümürənlərin əli qalxdı. Əlləri kəsilsinmi deyək? Yox biz Azərbaycanı dünyəvi dövlət qurmaq üçün, dünyaya tanıtmaq üçün illərdir çaba göstəririk. Biz "qanunlar onları cəzalandıracaq" deyirik. Çünki bizim onlardan fəqrimiz də budur. Eyni qaydayla düşünsək bizim onlardan fərqimiz olmaz ki...

Bizə görə dini, milli, irqi ayreseçkilik yaradıb dövlətimizi, ailəmizi dağıtmaq istəyənlər nə dini şüarla, nə də cəahlətlə cəzalanmayacaqlar. Bizim dövlətin ədalət üzərində qurulan qanunları var. Dünyəvi olan. Dünyaya NEFT VƏ İSLAM ÖLKƏSİ olaraq bir nümunə olan Azərbaycanın qanunları var.

"Qarabağ bizimdir, bizim olacaq" dedik. Bu regionda bizdən daha güclü ordusu olan, işğal altında olan torpaqlarını azad edəcək daha qüdrətli milləti olan ikinci dövlət yoxdur dedik. Deyirik. Sabah daha güclü olmaqda israrlı və qərarlıyıq. Narahat oldular. Erməni sifətli, erməni kafalı bir dəstə...

Gəncə olayları bir sonuc deyil. Bir ilk də deyil. 27 ildir Azərbaycan bunu isbatlayır. Bizim dövlətimiz var olacaq. Dünya durduqca. Daha güclü olacaq. Çünki bizim dövlətimiz bütün dinlərin, bütün inancların sevgiylə birləşdiyi ən gözəl ölkədir. Qəzamız mübarək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...