Gülağa İslamovla Eldar Mahmudovu nə bağlayır? İLGİNC İDDİALAR

Gülağa İslamovla Eldar Mahmudovu nə bağlayır?


Bakının ən böyük rayonlarından olan Xəzər rayon icra hakimiyyətinin icra başçısı Gülağa İslamovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmovla şərikli torpaq sahələri, obyektləri və fermaları var. Gundeminfo.az-a daxil olan informasiyaya görə Gülağa İslamovun Eldar Mahmudovla şərikli biznes sturkturlı hələ də qalmaqdadır. Mənbəmiz iddia edir ki, hətta bir sıra obyektləri yaxın qohumlarının adına rəsmiləşdirən icra başçısı bununla bağlı dəfələrlə sorğu-sual da edilib. Məlumatlı mənbə iddia edir ki, Xəzər rayonunda hektarla torpaq sahələri Mahmudovun qohumlarına baha qiymətə satılıb.

Gundeminfo.az-a danışan mənbə iddia edir ki, Gülağa İslamovun mtn çetesi ilə bağlantıları 2017-ci ilin avqust ayının 18-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə prossesdə də ortaya çıxıb.

Prossesdə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Ələkbər Heydərovun epizodu üzrə şahid qismində, keçmiş MTN əməkdaşı Emin Abbasov ifadə vermişdi.

İfadəsində bildirmişdi ki, pulu intihar etmiş İlqar Əliyev Ələkbər Heydərovdan alıb: “Eldar Mahmudov Nizami Şirinovu icra hakimiyyətinin başçısı Gülağa İslamovun yanına 25 hektar torpağın alınması üçün göndərmişdi”.

Prosses zamanı məlum olmuşdu ki, icra başçısı Gülağa İslamov Eldar Mahmudovla şəxsən əlaqə saxlayıb. Maraqlıdır ki, bu fakt barədə danışan mənbəmiz Mahmudovla İslamovun biznes əlaqələrinin böyük miqyasda olduğunu iddia edir. O zaman ortaya sual çıxır icra başçısı bu günə qədər necə qoruna bilib? Məlumat üçün bildirək ki, Eldar Mahmudova yaxınlığı ilə tanınan məmurlar cəzalandırılıblar. Gülağa İslamov isə hələ də icra başçısı kimi öz yerindədir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
964 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...