"Quska" ilə əlbir olan məmurlar vəzifələrindən qovulur

"Quska" ilə əlbir olan məmurlar vəzifələrindən qovulur

Eks-deputat istintaqla əməkdaşlığa gedib; azadlığa çıxmaq üçün bütün gizli məlumatları, əlaqə xəritəsini paylaşır; Avropadakı əmlakını dövlətə qaytarmaq üçün bazarlıqlara başlayıb...

Keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevin həbsə 2-ci “gedişi” gözlənilməz olduğu kimi, özünün 4 divar arasındakı davranışları da heyrətamizdir. Hər halda, gələn məlumatlar, iddialar eks-deputatın “təki azadlığa buraxsınlar” istəyinin gerçəkləşməsi üçün nələrə hazır olduğunu ortaya qoyur. Əlbəttə ki, həbsə alınan hər kəs tezliklə azadlığa qovuşmasını istəyər, bu yolda addımlar atar və hərəkət edər. Hüseyn Abdullayevin bu yöndə hərəkətliliyi təqdirəlayiqdir. Lakin bir məqam var: o, azadlığa çıxmaq üçün vaxtilə ona gizlin kömək etmiş hər kəsi “körpü” etməklə buna nail olmağa çalışır.

Belə iddialar var ki, Hüseyn Abdullayev həbsinin ilk günlərində üzləşdiyi rəftardan qurtulmaq üçün qazancı, anasının ölkədən çıxışına kimlərin kömək etməsi kimi məlumatları detallı şəkildə danışmağa qərar verib, Vergilər Nazirliyi, Sərhəd Qoşunlarındakı dostlarının adını çəkib. Həmin şəxslərin kimlikləri, vəzifələri müəyyən olunub və artıq onları işdən çıxarıblar. Son günlər bəzi dövlət idarələrində məmurların toplu halda işdən çıxarılmasının əsas səbəbi məhz Hüseyn Abdullayevin istintaqa açıqlamalarıdır. Onların bəziləri rəsmən elan olunmadan, qanunauyğun şəkildə istintaqın xüsusi yoxlamalarından keçməkdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...