Davam etmək çox çətin – GUNDEMİNFO.AZ-dan müraciət

Davam etmək çox çətin –


6 ildir ki, davam edirik. Xəbər portalı olaraq məqsədimiz millətimizə və dövlətimizə hizmət etməkdir. Xidmətdə olduğumuz zamanlarda hər zaman Azərbaycan dövlətinin, prezidentinin, millətin maraqlarını hər şeydən üstün tutduq. Ən kritik məqamlarda gecələri səhərə qədər yatmadıq. Dövlətimizin maraqları üçün çalışdıq. Bu zamana qədər yanımızda olan, dövlətimizin, Cənab Prezidentin siyasətini dəstəkləyən bütün dostlarımıza sonsuz təşəkkürlərimizi bildirməkdə əbədiyyən borcluyuq.

Amma və lakin, xırda reklam müqavilələri, kiçik ianələr hesabına daha davam etməkdə ciddi çətinliklərimniz var. Kollektivimizin yaşaması üçün şəxsi avtomobilimizi belə satdıq.

Kimsənin qapısını döymədik. Bu günə qədər kimsədən qarşılıqsız dəstək almaqdıq. Dövlətimizdən başqa, dövlətimizi sevənlərdən başqa heç kimsəyə müraciət etmədik. Bu gün də etmirik. Bundan sonra da etməyəcəyik.

Çox istəyirik ki, davam edək. Azərbaycan mediası Milli Mətbuat Gününü, bayram dönəmini yaşayır. Dövlətin başçısı mediamıza dəstək üçün maddi yardım ayırır. Bu bizi sevindirir. Lakin onlayn media olaraq sadəcə böyük ümidlərlə davam etmək əzmində olsaq da, bizi izləyən, bizi sevən və ən əsası DÖVLƏTİMİZİ sevən hər bir kəs üçün xidmətə davam etmək istəyirik.

Bu günə qədər çiçəkdən-böcəkdən, soyunmaqdan geyinməkdən, +18-dən oxucu toplayıb “Xəbər lenti”mizi doldurmaqla, ayın sonunda nəsə alacağıq deyə çalışmadıq. Çünki alacağımız yox idi. Saytımızı izləyənlərin çoxunun ciddi bir kəsim olduğunu bilirik. O üzdən də tam ciddi olaraq davam etmək arzusundayıq. Davaç etmək üçün də bu müraciəti yazdıq.

Sevgi və sayqılarla GUNDEMİNFO kollektivi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...