Dayanacaq zəbt edilib, avtobuslar yolun ortasında dayanır- DYP-dən kömək istəyirlər...
Bura Yasamal rayonu A.M.Şərifzadə küçəsi 155 ünvanıdır. Metronun “İnşaatçılar” stansiyası istiqamətindən gələn sərnişin avtobuslarının dayanacağı. Uzun müddətdir ki, 3 saylı Asan Xidmət mərkəzinin qarşısında dayanan avtobuslara tıxacın yaranmaması üçün 50 metr aralıda dayanacaq yeri müəyyən edilib.
Lakin dayanacaqda avtobsların dayanması mümkünsüzdür. Çünki dayanacaq günün bütün vaxtlarında fərdi avtomobillər tərəfindən zəbt edilir. Gundeminfo.az-a müraciət edən vətəndaşlar Dövlət Yol Polisi əməkdaşlarının nə üçün vətəndaşların dayanacağını zəbt edən sürücülərə qarşı tədbir gömədiklərinən şikayətlənirlər. Vətəndaşlar və avtobus sürücülər deyir ki, bu ünvanda yolun eni azdır. Sağ istiqamətdə avtomobillər dayanan zaman və dayanacaq da fərdi avtomobillər tərəfindən zəbt edildikdə, avtobuslar yolun hərəkət zolağılnda dayanır.
Nəticə etibarilə də bu küçədə tıxac yaranır. Ümid edirik ki, müvafiq qurumlar bununla bağlı tədbir görəcək. Onu da əlavə edək ki, Daxili İşlər Nazirliyinin müşahidə kameraları var. Və bu kameralar vasitəsilə dayanacağı zəbt edən sürücülərə elektron protokol tərtib edilə bilər.
418 dəfə oxundu