BDU-nun qarşısında böyük təhlükə mənbəyi - MÜRACİƏT-VİDEO

BDU-nun qarşısında böyük təhlükə mənbəyi -

Bakının ortasında küçə itləri sürü ilə gəzir. Bakı şəhərinin tam mərkəzində Bakı Dövlət Universitetinin qarşısında axşam saatlarında xeyli sayda küçə itləri peyda olur.

Gundeminfo.az-a müraciət edən vətəndaşlar deyir ki, metronun çıxışına yığılan küçə itləri BDU-nun həyətində yığışırlar. Sakinlər deyir ki, axşam saatlarında azyaşlı uşaqlarla metronun qarşısından keçə bilmirlər. İtlərin heç biri dövlət tərəfindən mühafizə edilməyib.

Çünki onların üzərində nəzarətdə olduqlarına dair birka yoxdu. Bu isə o deməkdir ki, itlər xəstəlik daşıyıcısı ola bilər. Və bu da ətrafdakı insanların həyatı üçün ciddi təhlükədir. Gundeminfo vasitəsilə sakinlər müvafiq dövlət qurumlarının ərazidəki sahibsiz itlərlə bağlı tədbir görməyə çağırıblar. Əməkdaşlarımızın dünən axşam 21:00-da metronun qarşısında çəkdikləri video görüntünü sizlərə təqdim edirik.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...