Ölkə əhalisini maraqlandıran “işıq qaranlığı” – Nə baş verir?!

 Ölkə əhalisini maraqlandıran “işıq qaranlığı” –

Son zamanlar əhalinin elektrik enerjisi borclarının çox olması ictimaiyyəti düşündürən suallardandır. Kimi bunu elektrik enerjisinin qiymətinin qalxması ilə kimisi isə ötən ay Mingəçevir İES-da baş vermiş qəza ilə əlaqələndirir. Ölkə vətəndaşlarının bir qismi iddia edir ki, dəymiş ziyanın aradan qaldırılması üçün onlara qiymətləri reallığı əks etdirməyən qəbzlər təqdim olunub.

Minval.info olaraq sosial şəbəkədə bu məsələ ilə bağlı sorğu keçirdik. Sorğuda iştirak edən istifadəçilər yekdilliklə elektrik borcunun sərfiyyatdan daha çox olmasını bildirir. İstifadə edilən elektrik enerjisinin müqabilində qəbzlərdə yazılan məbləğin təxminən 15-20 manat çox qeyd edildiyini söyləyirlər.

Saira Nəbizadə (Nebizedeh) adlı istifadəçi bildirir ki, o, Binəqədi rayonunda yaşayır və iyul ayında borcu 15 manat olub:

“Bir də baxdım, “Azərişıq” ASC əməkdaşları qapıya dayanıblar ki, işığı kəsirik, ya da ödəyin. Həmin vaxt mən işdə, dayə və uşaqlar isə evdə idi. Kodu yığdım və borca baxıb gördüm ki, 40 manatdır. Məcbur olub, evdəkilərin işıqsız qalması üçün ödəniş etdim. Təsəvvür edin, hamının qapısına dayanırlar ki, “ödəməsəniz kəsirik işıqları”.”
Başqa bir istifadəçi Fariz Bayramov qeyd edir ki, “Bizə hələ ki çek göndərilməyib. Amma borca onlayn baxmışam və keçən ayla nisbətdə çox işıqpulunun yazıldığını gördüm. Halbuki, keçən aydan daha az olmuşuq evdə.
Eyni zamanda keçirdiyimiz sorğuda bir neçə nəfər bu ay ərzində istirahətə getdiklərini və evdə az olduqlarını bildirib, lakin buna baxmayaraq ötən ayla nisbətdə elektrik enerjisi borclarının çox gəldiyini qeyd ediblər.
“Azərişıq” ASC isə sözügedən iddiaların heç biri ilə razılaşmır və burada hər hansı şübhəli məqamın olmadığını söyləyir:
“Elektrik enerjisindən istifadəyə görə, təyin edilən məbləğ sərfiyyata görə hesablanır. Demək ki, bu ay sərfiyyat çox olub. Həm də burada Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Sərfiyyat aylıq həmin normanı keçdikdə ödəniş üçün təyin olunan məbləğdə fərq hiss oluna bilər. Amma sayğaclara hər hansı müdaxilə mümkün deyil. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin sayğacı laboratoriyada yoxlaya bilərik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...