Gömrük Keçid Məntəqələrində xaos davam edir – VİDEO

Gömrük Keçid Məntəqələrində xaos davam edir –


Azərbaycan gömrük sistemində yaxşıya doğru heç nə dəyişməyib. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə sədr təyin ediliyi ilk günlərdə media ilə intensiv təmaslar qurur, ölkənin sərhəd qapılarına gedir, mövcud şəraitlə tanış olurdu. Qalaq-qalaq fotolar çəkdirir, vədlər verirdi ki, gömrük sistemində şəffaflıq artırılacaq, sahibkarlar üçün sərhədkeçmə prossedurları sadələşdiriləcək.

Lakin bu vədlərin heç biri gerçək olmadı. Son günlər Gundeminfo.az-a yüzlıərlə sahibkar tərəfindən gömrük sistemindəki məmur özbaşnalıqlarından, rüşvətxorluqdan, bürokratiyadan şikayətlər daxil olur. Demək olar ki, Azərbaycanın bütün gömrük qapılarında dözülməz vəziyyət yaranıb. Saatlarla sürən süni maneələr nəticəsində insanlara əzab verilir. Gömrük məmurları süni olaraq uzun növbələr yaradır, qarşılığında isə insanlardan rüşvət istəyirlər. Və bu faktları da artıq ictimailəşdirirlər. Gundeminfo.az xəbər verir ki, bu günlərdə Samur Keçid Məntəqəsində də hər zaman olduğu kimi uzun növbə yaranıb.

Vətəndaşlar iddia edirlər ki, gömrük məmurları bilərəkdən saatlarla işlərinə laqeyd yanaşaraq növbə yaradır və 100 azn və ya 3 min rubl istəyərək adamları növbə əzabından “xilas edirlər”. Hər halda Səfər Mehdiyev mediayaya açıqlamasında da vəd vermişdi ki, idxal-ixracatda iştirak edən sahibkarlar və sadə vətəndaşlar üçün növbələr azaldılacaq.

Lakin təqdim etdiyimiz bu videodan da görünür ki, hələ də Səfər Mehdiyev Azərbaycanın qapılarında insanlara zülm verənlərlə islahat aparmır və ya aparmaq istəmir...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...