Avqust ayında anomal istilər olacaqdı? - Kondisioner satanlara dəstək, yoxsa...

Avqust ayında anomal istilər olacaqdı? -

Avqust ayında da kəskin isti günlərin olması proqnozlaşdırılır". Bu sözləri avqustun 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.

U.Tağıyeva deyirdi ki, sözlərinə görə, avqust ayında ayrı-ayrı günlərdə havanın temperaturunun yüksəlməsi proqnozlaşdırılır: "Yəni, havanın temperaturunun normadan xeyli yüksək olduğu günlər, kəskin istilər müşahidə oluna bilər. Avqust ayının ikinci və üçüncü ongünlüyünün bəzi günlərində anomal istilərin olması proqnozlaşdırılır".

Eyni günlərdə iyul ayının kəskin istiləri zamanı Azərbaycanda kondisioner satışını həyata keçirən iri satış mərkəzlərindən də açıqlamalar gəlirdi. Açıqlamalarda deylirdi ki, iyula havaların kəskin isti keçməsi kondisioner alıcılarını artırıb və artıq anbarlarda mal qalmayıb. İnsanlar kütləvi şəkildə dükanalar üz tutaraq kondisioner alırlar. Lakin bu heç də hamının kondisioner ala bilməsi demək deyildi. İnsanların bir qismi avqust ayında da istehlakçı olaraq dükanlara üz tutub-tutması ilə bağlı tərəddüd içində idi. Və belə bir zamanda Nazirliyin İdarə rəisi açıqlama verdi ki, avqust ayında da anomal istilər olacaq. Artıq avqustun 3-çü ongünlüyü başlamaq üzrədir və demək olar ki, yaşadığımız bu ayın arxada qalan 20 günündə anomal istilər müşahidə edilməyib. Gundeminfo.az xatırladır ki, məlum nazirlıiyin məlum proqnozlar bürosu haqda mediada zaman-zaman kondisioner satışını həyata keçirən şirkətlərlə əməkdaşlığına dair iddialar yer alıb. İddialarda deyilir ki, adətən yay ayı başlayan zaman proqnozlar bürosu anomal istilərlə bağlı xəbərdarlıqlar edir.

Bunun ardından da tv-lərdə, radiolarda və digər KİV-lərdə hava haqqında günlük, həftəlik məlumatlara kondisoner satanlar sponsorluq edirlər. Məntiqlə avqustun 2-də nazirliyin idarə rəsinini verdiyi açıqlama da bu iddialara bir qədər əsas verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...