Razim Məmmədova müraciət - Bu restoran kimindir, bizə zülm edir?
"Hörmətli Xətai rayon İH, bu sahəyə baxan sahə müvəkkili, bələdiyyə və səlahiyyəti olan digər şəxslər. Bu, bayram konserti zadı deyil. Hər gün M.Hadi 51 ünvanda (Ukrayna meydanının yanı, Xətai Məhkəməsinin arxası) bu eybəcər "konserti" dinləməyə məhkumuq. Kişi kimi deyin, belə səs-küylü yerdə yaşamaq nədir, bir saat qala bilərsiniz? Bu restoranın rəhbərliyinin məqsədi pul qazanmaqdır, anlaşılandır. Amma bizim haqqımız da evində normal yaşamaqdır da, ya elə deyil? Bəs siz? Sizlərin işiniz nədən ibarətdi?"
Gundeminfo.az yazır ki, bu sözləri sosial şəbəkədə tanınmış ictimai xadim, qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfov yazıb. Müəllif iddia edir ki, video gecə saat 23:45də çəkmişəm. Bu vaxt restoranda nərildəyən məxluqun evində xəstəsi, qocası, uşağı yoxdur, yəni? Yaxşı restoran sahibi gönüqalındı, sizə nə olub?
S.Nəcəfov bir həftə əvvəl paylaşdığı videonu təkrar olaraq paylaşaraq yenidən dövlət qurumlarına müraciət ünvanlayıb. Görünür bu restoran kimindirsə, Xətai İcra Hakimiyyəti də günlərlə sakinlərin haqlı iradlarına reaksiya verə bilmir.
VİDEO BURADA
710 dəfə oxundu