Fuad Muradov 3 ay komitə sədri işlədi, 1 aylıq istirahətə getdi
Azərbaycan respublikasının prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncam imzaladı. Bu dəyişikliklərdən biri də Fuad Muradovun Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunması idi.
Keçən bu 4 aylıq müddət ərzində bir çoxlarının iddia etdiyi kimi, Fuad Muradov Azərbaycanın xarici diaspora təşkilatları ilə işin təşkilində ictimayyətə təqdim edilə biləcək mühim bir məqam ortaya çıxmadı. Muradov sadəcə olaraq kiçik zallarda xaricdə dərnək səviyyəsindən də aşağı şəxslərlə bir neçə fotosu yayıldı. Azərbaycan prezidenti dəfələrlə diapor təşkilatlarının xarici ölkələrdə daha çox iş görməli olduqlarını irad kimi söyləsə də keçən 4 aylıq zamanda yeni komitə sədri demək olar ki, mühim bir iş görə bilməyib.
Uzun illər Milli Məclisdə Fuad Muradovun fəaliyyətindən xəbərdar olan şəxslərdən biri Gundeminfo.az-a danışır ki, o bir sıra Avropa və Asiya ölkələrində parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olsa da, heç zaman bu sahədə fərdi təşəbbüslə çıxış edə bilməyib. Muradov deputat olduğu dönəmlərdə işçi qruplarından heç biri ona sədr olaraq həvalə edilməyib.
Keçən 4 aylıq zamanda Fuad Muradovun xaricdə Azərbaycan diasporası olaraq gördüyü işlərin aşağı təsirli və kiçik həcmli olması bir yana, yeni təyin olunmasına baxmayaraq o istirahətindən də qalmır. Artıq cəmi 3 ay komitə sədri vəzifəsində işləyib yorulan (…) Fuad Muradov Avropa ölkələrində səyahət-istirahət turundadır. Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, Muradov istirahətə getdiyi ölkələrdə Azərbaycan diasporunun nümayənələri ilə görüşlərə qadağa qoyub. Əvəzində isə sıx-sıx bahalı avtomobil kirayələyən şirkətlərin menecerləri ilə görüşür. Çünki gənc komitə sədrinin hələ də “avtoşluq” vərdişləri əsas əyləncə vasitəsidir. F.Muradov bir zamanlar Bakı küçələrində də “avtoşluq” etmiş və yerli medianın diqqətini çəkə bilmişdi.
493 dəfə oxundu