İcra başçılarından kimlər hərbi xidmətdə olmayıb - SİYAHI

İcra başçılarından kimlər hərbi xidmətdə olmayıb -

Sentyabr ayının 16-da Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Təhlükəsizlik Xidmətinin "N" saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimində iştirak etdilər.

Qeyd edək ki, həmin andiçmə mərasimində Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi hərbi xidmətə başladı. Dövlət başçısının oğlunun əsgər forması geyinərək hərbi xidmətə başlaması 30 ilə yaxındır ki, müharibə şəraitində yaşayan Azərbaycan xalqı tərəfindən təqdir olunmaqdadır.

Biz mövzuya uyğun olaraq internet media üzərindən rayon İcra Hakimiyyətlərinin başçılarının hansılarının hərbi xidmətdə olub-olmaması ilə bağlı internet üzərindən araşdırma aparıb.

Araşdırmanı təqdim edirik:

Aqil Nəzərli

1976-cı il doğumludur. 2016-cı ildən Laçın rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu illər yazılmasa da, ehtiyatda olan zabitdir.

Asif Hüseynov

1981-ci il doğumludur. 2015-ci ildən Siyəzən rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Bayram Səfərov

1950-ci il doğumludur. 2009-cu ildən Şuşa rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Abdin Fərzəliyev

1967-ci il doğumludur. 2005-ci ildən Nərimanov rayon İcra Hakimiyyətinin başçısıdır. 1985-1987-ci illərdə hərbi xidmətdə olub.

Niyazi Bayramov

1956-cı il doğumludur. 2018-ci ildən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Eldar Əzizov

1957-ci il doğumludur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinidir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Eyvaz Hüseynov

1959-cu il doğumludur. 1992-ci ildən Xocavənd rayon İcra hakimiyyətinin başçısıdır. Qarabağ müharibəsi veteranıdır.

Vidadi İsayev

1959-cu il doğumludur. 2011-ci ildən Bərdə rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Ziyəddin Əliyev

1963-cü il doğumludur. 2017-ci ildən Quba rayon İcra Hakimiyyətinin başçısıdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olub.

Rövşən Bağırov

1966-cı il doğumludur. 2007-ci ildən Lerik rayon İcra Hakimiyyətinin başçısıdır. Sovet ordusunda bölmə komandiri olub.

Əhəd Abıyev

1958-ci il doğumludur. 2011-ci ildən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısıdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

Məmməd Məmmədov

2018-ci ildən Tovuz rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Rəcəb Babaşov

2016-cı ildən Qazax rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Ramiz Həsənov

1960-cı il doğumlu. 2011-ci ildən Zəngilan rayon İcra Hakimiyyətinə başçılıq edir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Əziz Əzizov

1963-cü il doğumludur. Hazırda yasamal rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Taleh Qaraşov

1959-cu il doğumludur. 2012-ci ildən Lənkəran rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Şahin Məmmədov

1959-cu il doğumludur. 2005-ci ildən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısıdır. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Vaqif Abdullayev

1956-cı il doğumludur. 2012-ci ildən beyləqan rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Vaqif Həsənov

1959-cu il doğumludur. 2018-ci ildə Ağdam rayon İcra Hakimiyyətinə başçı təyin edilib. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.

Alı Alıyev

1955-ci il doğumludur. 2011-ci ildən Füzuli rayon İcra Hakimiyyətinin başçısıdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olub.

Rafil Hüseynov

1953-cü il doğumlu. 2012-ci ildən Masallı rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Qəzənfər Ağayev

1961-ci il doğumludur. 2012-ci ildən Astara rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Malik İsaqov

1953-cü il doğumludur. 2001-ci ildən Qubadlı rayon İcra hakimiyyətinin başçısıdır. 1974-1976-cı illərdə hərbi xidmətdə olub.

Əhməd Muxtarov

1951-ci il doğumludur. 2006-cı ildən Hacıqabul rayon İcra hakimiyyətinin başçısıdır. 1972-1973-cü illərdə hərbi xidmətdə olub.

Məhərrəm Quliyev

1968-ci il doğumludur. 2011-ci ildən Ağstafa rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Şair Alxasov

1958-ci il doğumludur. 2007-ci ildən Qusar rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Müstəqim Məmmədov

1969-cu il doğumludur. 2014-cü ildən Tərtər rayon İcra Hakimiyyətinin başçısıdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olub.

Mənsur Məmmədov

1965-ci il doğumludur. 2015-ci ildən Ucar rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Ceyhun Cəfərov

1965-ci ild doğumludur. 2014-cü ildən Kürdəmir rayon İcra Hakimiyyətinin başçısıdır. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

Nizaməddin Quliyev

1954-cü il doğumludur. 2009-cu ildən Goranboy rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Səbuhi Abdullayev

1972-ci il doğumludur. 2010-cu ildən Qəbələ rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Eyvaz Qurbanov

1963-cü il doğumludur. 2011-ci ildən Oğuz rayon İcra Hakimiyətinin başçısıdır. 1981-1983-cü illərdə hərbi xidmətdə olub.

Zakir Fərəcov

1954-cü il doğumludur. 2015-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1972-1974-cü illərdə hərbi xidmətdə olub.

Alı Qocayev

1947-ci il doğumludur. 2012-ci ildən Samux rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Tofiq İbrahimov

1954-cü il doğumludur. 2012-ci ildən Ağdaş rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Mirdaməd Sadıqov

1950-ci il doğumludur. 2013-cü ildən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Ənvər Seyidəliyev

1950-ci il doğumludur. 2007-ci ildən Ağsu rayon İcra Hakimiyyətinin başçısıdır. 1975-1976-cı illərdə hərbi xidmətdə olub.

İslam Rzayev

1965-ci il doğumludur. 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Alimpaşa Məmmədov

2014-cü ildən Şəmkir rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Mahir Quliyev

1958-ci il doğumludur. 2011-ci ildən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısıdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

Mərdan Camalov

1956-cı il doğumludur. 2005-ci ildən Şirvan rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Sevindik Hətəmov

1963-cü il doğumludur. 2016-cı ildən Salyan rayon İcra Hakimiyyətinə başçılıq edir. 1986-1987-ci illərdə hərbi xidmətdə olub.

Kamal Həsənov

1957-ci il doğumludur. 2016-cı ildən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısıdır. 1978-1980-ci illərdə hərbi xidmətdə olub.

Namiq Zeynalov

2018-ci ildən Cəlilabad rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Asif Ağayev

1961-ci il doğumludur. 2013-cü ildən Şamaxı rayon İcra hakimiyyətinə başçılıq edir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Ənvər Mustafayev

2018-ci ildən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Mehdi Səlimzadə

2016-cı ildən Göyçay rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Arif Seyidov

2006-cı ildən Göygöl rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Qoca Səmədov

1959-cu il doğumludur. 2011-ci ildən Yevlax rayon İcra hakimiyyətinə başçılıq edir. 1982-1984-cü illərdə hərbi xidmətdə olub.

Razim Məmmədov

1966-cı il doğumludur. 2006-cı ildən Xətai rayon İcra Hakimiyyətinin başçısıdır. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

Şəmsəddin Xanbabayev

1939-cu il doğumludur. 2004-cü ildən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Xəzər Aslanov

1970-ci il doğumludur. 2012-ci ildən Xızı rayon İcra Hakimiyyətinin başçısıdır. 1988-1990-cı illərdə hərbi xidmətdə olub.

Mübariz Əhmədzadə

1947-ci il doğumludur. 2009-cu ildən Zaqalata rayon İcra hakimiyyətinə başçılıq edir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Novruz Novruzov

1954-cü il doğumludur. 2007-ci ildən Şabran rayon İcra Hakimiyyətinə başçılıq edir. 1974-1976-cı illərdə hərbi xidmətdə olub.

Siraqəddin Cabbarov

1959-cu il doğumludur. 2008-ci ildən Saatlı rayon İcra hakimiyyətinə başçılıq edir. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Elxan Allahverdiyev

1960-cı il doğumludur. 2018-ci ildən Binəqədi rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Adil Vəliyev

1960-cı il doğumludur. 2012-ci ildən Sabunçu rayon İcra Hakimiyyətinə başçılıq edir. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

Rövşən İbrahimov

1967-ci il doğumludur. 2018-ci ildən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısıdır. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Şahmar Usubov

1953-cü il doğumludur. 2000-ci ildən Xocalı rayon İcra hakimiyyətinin başçısıdır. 1972-1974-cü illərdə hərbi xidmətdə olub.

Vilyam Hacıyev

1957-ci il doğumludur. 2012-ci ildən İmişli rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Aqil Məmmədov

1960-cı il doğumludur. 2013-cü ildən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Musa Şəkiliyev

1959-cu il doğumludur. 2010-cu ildən Qax rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Adil Məmmədov

2011-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Asif Əsgərov

1966-cı il doğumludur. 2015-ci ildən Nəsimi rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

İsmayıl Vəliyev

1959-cu il doğumludur. 2011-ci ildən Neftçala rayon İcra Hakimiyyəninin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Elxan Usubov

1960-cı il doğumludur. 2011-ci ildən Şəki rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Ayaz Əsgərov

1964-cü il doğumludur. 2016-cı ildən Yardımlı rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

İlqar Abbasov

2005-ci ildən Suraxanı rayon İcra Hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Lütvəli Babayev

1959-cu il doğumludur. 2007-ci ildən Zərdab rayon İcra Hakimiyyətinin başçısıdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

Gülağa İslamov

1948-ci il doğumludur. 1995-ci ildən Xəzər rayon İcra hakimiyyətinin başçısıdır. Hərbi xidmətdə olduğu barədə məlumat yoxdur.

Zəruri qeyd: İcra Hakimiyyətlərinini başçıları haqqında məlumatlar vikipediya bazasından və rayon icra hakimiyyətlərinin rəsmi saytlarından əldə edilib. Məlumatlarda yanlışlıq varsa Qlobal.az-ın elektron poçtuna ünvanlanması xahiş olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...