İcra başçısı Salyanda tarixi abidələri söküb satır - FOTO

İcra başçısı Salyanda tarixi abidələri söküb satır -

Salyan rayonundan Gundeminfo.az-a daxil olan məlumata əsasən Salyan rayonunda qədimi binalar sökülür. Məlumata əsasən yaşı 100-dən çox olan tarixi arxitektura üslubunda inşa edilmiş binaların söküntüsü aparılır. Məlumatda bildirilir ki, qəzalı vəziyyətdə olmayan yaşayış və istismara tam yararlı olan binalar da İcra Hakimiyyətinin göstərişi əsasında və Memarlıq İdarəsinin rəyi ilə sökülməyə başlayıb. Salyan sakinlərinin saytımıza verdikləri informasiyaya əsasən Salyan şəhərində söküntü işlərinin həyata keçirilməsinə birbaşa olaraq icra başçısı Sevindik Hətəmov razılıq verir.

Şəhərin mərkəzində yerləşən bu tarixi abidə sayıla biləcək qədim tikililərin sökülməsi prosseinə qarşı rayon əhalisi arasında narazılıqlar var. Hətta artıq sosial şəbəkələrdə də fotolar yayılaraq buna etiraz edənlər kifayət qədərdir. Yeri gəlmişkən artıq Bakı şəhərində qanunsuz tikintilərlə bağlı Baş Prokurorluq yoxlamalar aparır.

Və bu gün verilən rəsmi açıqlamalarda deyilir ki, paytaxtın Xətai, Binəqədi, Nəsimi və Yasamal rayonlarında 96 tikinti pozuntusu aşkarlanıb. Gundeminfo.az-a danışan mənbə iddia edir ki, qanunsuz tikililərlə bağlı olaraq araşdırmalar yaxın zamanlarda kənd rayonlarında da aparılacaq. Salyanda sökülməkdə olan tarixi binalardan birinin fotosunu təqdim edirik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bu gün Gundeminfo.az-ın redaksiyası ilə əlaqə saxlayan icra başçısının müavini Rəşad Cəbrayılov bildirdi ki, fotodakı söküntü 2014-cü ilə aiddir. Sevindik Hətəmov isə 2016-cı ildə Salyana icra başçısı təyin edilib. Qeyd edək ki, bu foto sosial şəbəkələrdə yeni yayılıb. Foto ilə bağlı Sevindik Hətəmovun adının hallandırılması faktı isə yanlışdır.


İcra başçısı Salyanda tarixi abidələri söküb satır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...