“İlham Putinka” və Eldar Həsənov abxaz separatçılarını Bakıya çağırıblar

“İlham Putinka” və Eldar Həsənov abxaz separatçılarını Bakıya çağırıblar

Oktyabrın 7-dən 9-dək Bakıda Qara dəniz -Xəzər regionu ölkələri hüquqşünaslarının iclası keçiriləcək

İclasla yanaşı həmçinin "Beynəlxalq terrorizm və müasir şəraitdə onunla mübarizə" mövzusunda konfrans olacaq. Bu konfransın təşkilatçısı Kremlə yaxın məşhur Rusiya biznesmeni İlham Rəhimovdur. Konfransda həmçinin Azərbaycanın sabiq baş prokuroru və hazırda Serbiyadakı səfiri olan Eldar Həsənovun çıxışı gözlənilir.

Gürcüstan hökumətinə yaxın mənbələrdən virtualaz.org-a məlum olub ki, konfransda sərbəst və müstəqil nümayəndə heyəti kimi Abxaziya xüsusi xidmət orqanlarının iki əməkdaşı iştirak edəcək, hansılar ki, keçmişdə Gürcüstanda separatçı hərəkatın aktiv iştirakçısı olublar. Bu konfransda abxaz separatçılarının iştirakı faktı Gürcüstan tərəfini hiddətləndirib və o buna görə konfransda və hüquqşünasların iclasında iştirakdan imtina edib. Yaxın vaxtlarda Azərbaycan hakimiyyəti nümayəndələrinin mövqeyini təqdim etməyə çalışacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...