Sahil Babayevin işçiləri süründürməçilik yaradır... - GİLEY

Sahil Babayevin işçiləri süründürməçilik yaradır... -

Zərdab rayon Bıçaqçı kəndində daimi qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayon Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində yaşayan İbrahimov İbrahim Əşrəf oğlunun mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Prezident! Üç uşaq atasıyam. İkisi məktəblidir üçüncüsü heç məktəbədə getmir.Beş nəfərdən ibarət olan ailəmin gəliri adambaşına düşən ehtiyac meyarından aşağı olduğuna görə sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada müraciət etdim. Müraciətim VEMTAS tərəfindən 11.05.2018-ci il tarixdə 187317700369602 nömrəsi ilə baxılması üçün qeydiyyata götürüldü.Bir müddətdən sonra ailəmə aylıq 205,16 AZN sosial yardım təyin olundu. Amma bizim sevincimiz çox çəkmədi. Bu yardımı biz cəmi üç ay ala bildik.Yəni üç aydan sonra bizə verilən sosial yardım dayandırıldı. Səbəb isə ailəmə sosial yardımın təyinatından sonra mənim adıma kreditin rəsmləşdirilməsi olub. Ailəmə verilən sosial yardımın dayandırılması üçün verilmiş bu imtina tam əsassızdır, çünki mənim adıma bu yaşıma kimi hələ kredit olmayıb.Mən Azərbaycan Kredit Bürosundan çıxarış almışam.Həmin çıxarışdada adıma kreditin rəsmləşdirilmədiyi göstərilib. Bu təmizlik arayışını DSMF-nin Sabunçu rayon şöbəsinə və nazirliyin qəbul şöbəsinə təqdim etsəmdə bir aydı köməklik etmək əvəzinə məni süründürürlər.

Ailəmin sosial yardımın dayandırılması ilə bağlı verilmiş qərar texniki problemdirsə özləri aradan qaldırsınlar. Düzəltmək istəmirlərsə demək saxtakarlıq olunub.Çünki ailəmə verilmiş sosial yardım dövlətin qanunu ilə təyin olunmuşdu. Ailəmə verilən sosial yardımın dayandırılması ilə bağlı qərar veriləndə bir illik məhdudiyyətdə qoyulub ki, ona görədə təkrar müraciət edə bilmirəm.

Üç azyaşlı övladım var. İkisi məktəbə gedir. Onların ehtiyaclarını ödəyə bilmirəm. Aldığım maaşla ailəm həddindən artıq yoxsulluq səviyyəsiində yaşayır. Sevinirdik ki, yardım düzəlib köməyi dəyəcək. Bu qədər haqsızlıqla üzləşmişik.Üstəlikdə nazirlik bizi süründürür. Ona görədə xahiş edirəm səsimə səs verəsiniz ki, bu problemimiz aradan qalxsın".

Sahil Babayevin işçiləri süründürməçilik yaradır... -
Sahil Babayevin işçiləri süründürməçilik yaradır... -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...