Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik - FOTOLAR

Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik -

Müasir Azərbaycanımızın qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyevin sağlığında hər zaman paytaxtın Xətai rayonuna diqqət və qayğı göstərərdi.Amma görünən odur ki,bu gün Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov və onun tabeliyində olan Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov ulu öndərin xatirəsin yüksək tuta bilmirlər.Bu gün ölkənin rəhbəri məhz Ulu Öndərimizin layiqli davamçısı,2003-cü ildən bu günə kimi bütün varlığını Azərbaycanımızı daha da gücləndirmək,Ulu öndərin ideyalarını layiqincə həyata keçirən ölkə prezidenti İlham Əliyev olması belə ,bu tip məmurlar üçün görməzdən gəlinir.Çün ki,belə məmurlar yeri gəlsə sabah öz əqidələrin belə dəyişərlər.Əgər bu məmurlar Ulu Öndərin portretlərinə bu cür davranırlarsa,deməli sabah onlar üçün əqidə dəyişmək elə də çətin deyil.

Nəticəni isə müvafiq orqanlar çıxarmalıdırlar.Veteninfo.az /

Qeyd etmək istəyirik ki, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov Xətai rayon İcra
hakimiyyətinin başçısı Razim Məmmədovun həmdə bibisioğludur.

Bu fakt mediaya çoxdan çıxıb və böyük rəzalətə səbəb olub. İcra başçısı bibisi oğlu olan MKTB rəisindən məlumatın yığışdırılmasını tələb edib. O da xəbərləri ört-basdır etmək üçün dərhal hərəkətə keçib.

MKTB rəisi Əvəz İsmayılov işçiləri danlayıb, bəzilərinə töhmət verib, fotoların mətbuata çıxmasına görə onun özünə də söz gəlib. Hətta onu işdən çıxarmaq məcburiyyətində imiş. Sonra mediada xəbərlərin gündəmdən çıxarılması tələbini şərt qoyub.

Amma məsələ ondadır ki, icra başçısının qohumu faktlar mediada ictimailəşənə qədər heç bir tədbir görməyib, hər gün portretləri yerdə, dəmirlərin altında görsə də, laqeydlik göstərib. Lakin qeyd etmək istəyiri ki, "eks prezidentlər haqqında” qanun var və onların aşağılanması yolverilməzdir.


Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik -
Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik -
Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik -
Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik -
Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik -
Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik -
Xətai İcra hakimiyyətindən Ulu öndərə hörmətsizlik -





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
364 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...