Daşkəsən İcra Hakimiyyəti haqqında yazılan yalanlara CAVAB

Daşkəsən İcra Hakimiyyəti haqqında yazılan yalanlara


Daşkəsən Rayon İcra Hakimiyyəti haqqında yazılan yalan məlumatlara cavab olaraq

Bəzi saytlarda Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı müxtəlif bağılıqlı yazılara cavab olaraq bildiririk ki, əsaslandırılmamış materialları yayımlamaq KİV haqqında qanunlara zidd olmaqla yanaşı heç də jurnalistikaya yaraşan hərəkət də deyil.

Son illər Daşkəsən rayon öz simasını tamamilə dəyişərək gözəlləşib, sanki bir Avropa şəhərini xatırladır.
Öz əzəməti, möhtəşəm memarlığı ilə şəhərimizə xüsusi gözəllik verən Rayon İcra Hakimiyyətinin, Statistika idarəsinin inzibati binası, 80 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, rayon avtovağzalı, Gənclərin təlim və istirahət mərkəzi, tikilib istifadəyə verilib.

70 illik yubileyini bu il qeyd edən Daşkəsən şəhəri yarandığı gündən bu günədək uzun illərdən bəri gündəlik zərurət kimi hər bir daşkəsənlini narahat edən içməli su problemi məhz bu insanın təşəbbüsü və gərgin zəhməti sayəsində həll olunub. İndi 10 mindən artıq əhalisi olan Daşkəsən şəhərinin sakinləri fasiləsiz olaraq ekoloji təmiz içməli su ilə təmin olunubdur.
Eyni zamanda xarici qrantlar hesabına qəsəbə və kəndlərimizdə içməli su xətləri çəkilib, bulaqlar inşa olunub.
Daima təbiət hadisələri nəticəsində yararsız hala düşən şəhərin çoxmərtəbəli yaşayış binalarının hamısının dam örtüyü tamamilə yenidən dəmir lövhələrlə əvəz olunub.
Abad ev həyətindən bəlli olar deyiblər. Daşkəsən rayonunun sərhəddinə çatanda burada yeni yaradılmış Bayraq meydanı və istirahət parkı möhtəşəmliyi, gözəlliyi, memarlıq baxımından zövq oxşayır.
Rayonun Çovdar kəndində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Çovdar Filiz Emalı Sahəsi fəaliyyətə başlamış, yüzlərlə yeni iş yeri yaradılmış, Daşkəsən qızılı bir dünya brendinə çevrilmişdir.
Rayonun digər böyük sənaye müəssisələrinin fəaliyyətə başlaması üçün Əhəd müəllim bütün gücünü səfərbər edib. Onların işləməsi minlərlə rayon sakininin işlə təmin olunması və eyni zamanda respublikada qeyri-neft sektorunun inkişafı kontekstində ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə olacaq.
Asfaltlaşması yuxu kimi görünən Daşkəsən-Zağalı-Kollu avtomobil yolundan bu gün sakinlərimiz rahat istifadə edir.
Hazırda 23 km uzunluğunda dağlıq relyefdə yerləşən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasında son tamamlama işləri görülür.
Bu gün də çox güclü abadlıq, yenidənqurma işlərinin sürətlə davam etdirildiyinin hər birimiz canlı şahidiyik.
Məlumat üçün bildirək ki, Bakı şəhəri Xətai rayonu Çingizxan Kərimov küçəsi ev 10 mənzi l 94-də qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan Məmmədov Arzu Ramiz oğlunun yaydığı yalan məlumatlarlarla əlaqədar bildiririk ki, onun arvadının əmisi qızı Daşkəsən şəhəri İsmət Qayıbov küçəsi ev 26, mənzil 7-də yaşayan Bayramova İlhamə İsa qızı barəsində Daşkəsən rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanmış cinayət işinin istintaqı Daşkəsən rayon Prokurorluğunda aparılmışdır.
Belə ki, digərləri ilə yanaşı Məmmədov Arzu Ramiz oğlu da istintaq zamanı şikayət ərizəsi ilə müraciət edərək İlhamə Bayramova tərəfindən guya Gəncə şəhərində əlillər üçün nəzərdə tutulmuş tikilməkdə olan çoxmənzilli yaşayış binasından ona mənzil verilməsi adı ilə aldadılaraq 20000 (iyirmi min) manat pulunu ələ keçirməklə dələduzluq etməsini göstərmişdir.
Lakin, Daşkəsən rayon Prokurorluğunda aparılmış obyektiv istintaq zamanı Arzu Məmmədovun ərizəsində göstərdiyi həmin xüsusatlar araşdırılaraq öz təsdiqini tapmamış, yazdıqları əsassız sayılaraq cinayət işinin onunla bağlı hissəsinə 13.11.2017-ci il tarixli qərarla hissəvi xitam verilmişdir.
Aparılmış istintaq zamanı faktlarla müəyyən edilmişdir ki, Arzu Məmmədov ilə İlhamə Bayramova arasında yaranmış mübahisə Gəncə şəhərində əlillər üçün tikilməkdə olan çoxmənzilli yaşayış binasından ona mənzil verilməsi ilə əlaqədar deyil, İlhamə Bayramovanın Arzu Məmmədovun arvadının əmisi qızı kimi hər ay 10 faiz sələm ödəmək şərti ilə 6000 (altı min) manat məbləğində götürdüyü borcla bağlı olmuşdur. Onlar arasında mübahisə isə uzun müddət sələm borclarının vaxtında qaytarılmamasından sonra yaranmışdır. Həmin xüsusat istintaq zamanı əldə edilmiş sübutlar, o cümlədən telefon və digər texniki qurğular vasitəsi ilə ötürülmüş məlumatların məhkəmə qərarına əsasən əldə edilməsi zamanı tam təsdiqini tapmışdır.
İlhamə Bayramovanın digər cinayət əməlləri ilə bağlı Daşkəsən rayon Prokurorluğunda istintaq olunmuş cinayət işi mahiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Arzu Məmmədova rayon Prokurorluğunda həmin fakt üzrə mülki iddia qaldıraraq məhkəmədə mübahisələndirilməsi dəfələrlə bildirilsə də , o buna dair heç bir iddia ərizəsi verməmişdir. Həmçinin Arzu Məmmədov iddia etdiyi kimi arvadının əmisi qızı İlhamə Bayramovaya qarşı rayon Prokurorluğuna, rayon Məhkəməsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və digər hüquq-mühafizə orqanlarına bu vaxta kimi yazılı ərizə ilə heç bir müraciət etməmişdir. Həmin vaxt etdiyi müraciətin cavabı verilmiş, lakin o, buna qane olmamışdır. Onun dediklərinin hüquqi əsası yoxdur, söylədikləri tamamilə yalandır. Arvadının əmisi qızı İlhamə Bayramovaya 10 faiz sələm verib qazanc əldə etmək niyyəti olmuş, lakin sələm pulu vaxtında qaytarılmamışdır.
Məlum olduğu kimi Arzu Məmmədov 2012-ci tarixdə qısa müddətdə “Kapital Bank” ASC-nin Daşkəsən filialında müdir əvəzi vəzifəsində işləyərkən, dolayı yollarla vətəndaşlara saxta kreditlər vermiş, istintaq orqanları tərəfindən tərəfindən onun fəaliyyəti yoxlanarkən faktlar təsdiqini tapmış və o tutduğu vəzifədən dərhal kənarlaşdırılmışdır. 29.04.2014-cü il tarixdə o, Azərbaycan Resbublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) göndərilmişdir. Bu gün Arzu Məmmədov Daşkəsən rayon qeydiyyatında deyil, Gəncə şəhərində qeydiyyatda olmuş, hazırda da Bakı şəhəri, Xətai rayonu Çingizxan Kərimov küçəsi ev 10, mənzil 94-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Həmin mənzil isə ona 2018-ci ilin mart ayında Füzuli Məmmədov adlı xeyriyyəçi tərəfindən onunla bərabər 6 nəfər döyüşlərdə yaralanan şəxsə hədiyyə edilərək 4 otaqlı mənzillə təmin edilmişdirdir.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28.03.2018-ci il tarixli hökmü ilə Bayramova İlhamə İsa qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 4 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə və 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüquqlarından məhrum edilmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Müəyyən edilmiş sınaq müddətinin və təyin edilmiş əlavə cəzanın əvvəlki hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Həmin məhkəmə hökmündən də Arzu Məmmədov heç bir mülki iddia ərizəsi, yaxud Apellyasiya şikayəti verməmişdir.
Arzu Məmmədov həmin istintaq araşdırmasının əsassız olması barədə bu günədək hər hansı hüquq-mühafizə orqanına yazılı şikayət və narazılıq etmədiyi halda, kimlərinsə tapşırığı ilə bu gün Daşkəsən Rayon İcra Hakimiyyəti haqqında əsassız, özünün maddi marağını təmin etmək məqsədi ilə şaiyələr yaymaqdadır, bu isə qanunaziddir və yolverilməzdir.
Bir daha bildiririk ki, müxtəlif internet saytlarında Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı sözlə dedikləri məlumatlar şər-böhtan xarakterli olmaqla əsassızdır. Çünki bu məsələ hüquq-mühafizə orqanları tərəfindən tam araşdırıb və bu fakta dair hüquqi qiymət verilməklə qərar qəbul edilmişdir. Bunu sübut edən, tam təsdiqini tapan sənədlər vardır.
Arzu Məmmədov bu gün Daşkəsən rayonda yaşamayan, qazı adından ustalıqla istifadə edərək (hazırda minlərlə qazilərimizin olmasına baxmayaraq) Bakı şəhərində 4 otaqlı mənzilə sahib olmuş, bu gün yaralanıb qospitalda yatdığı bir vaxtda hətta valideynləri tərəfindən ölməsi arzulanan bir fırıldaqçı və yalançıdır. Mənzil arzusuna çatdıqdan sonra indi əlavə 20000 min əldə etmək istəyən bu gəncin növbəti arzusu nə olacaq bilinmir. Həm də maraqlıdır ki, bu qədər pulu olan bir adam niyə həmin pula Daşkəsən şəhərinin mərkəzində 4 otaqlı mənzil almırdı özünə? Məlumat üçün bildirək ki, hazırda Daşkəsən şəhərində bu vəsaitə Daşkəsən şəhərində təmirli 3-4 otaqlı ev almaq çox rahatdır.
Məhkəmə prosesi başa çatmasından və məsələyə hüquqi qiymət verilməsindən, onun evlə təmin olunmasından uzun müddət keçməsindən sonra maraqlıdır ki, niyə Arzu Məmmədov işə “ədalətli” baxmamış hüquq-mühafizə orqanlarının fəaliyyətindən deyil, məhz Daşkəsən Rayon İcra Hakimiyyəti barədə yenidən şikayət edir.
Odur ki, bütün rayon ağsaqqalları adından bu yalan, əsası olmayan məlumatları işıqlandıran saytları məhkəməyə verəcəyimizi bildiririk.

Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri
Saleh Qurbanov

Gundeminfo.az-a daxil olan məlumata əsasən heç bir əsası olmayan və yalan məlumatları mediaya ötürənlər artıq məlumdur və həmin şəxslərlə bağlı araşdırmalar başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...