Əbülkəz Məlikov Səfər Mehdiyevdən yüksək vəzifə istəyir, amma

Əbülkəz Məlikov Səfər Mehdiyevdən yüksək vəzifə istəyir, amma

Azərbaycanda ərzaq məhsullarının və kənd təsərrüfatı məhsullarının əsas monopolisti olan Əbülfəz Məlikov toparlanıb. Artıq yenidən bütün imkanlarını geri qaytarmaq və hətta daha yüksək vəzifəyə təyin olunmaq istəyir. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Broker kralı kimi tanınan Ə.Məlikov son zamanlar Dövlət Gömrük Komitəsinin sədri ilə görüşərək gömrükdəki əsas inhisarçı statusuna geri dönməyə və vəzifəyə təyin olunmağa çalışır. DGK-nın sabiq rəhbəri Aydın Əliyevlə bir zamanlar münasibətlərinin korlanması səbəbindən brokerlik monopolistliyində zəifləyən Məlikov yeni ideyalarla Səfər Mehdiyevlə görüşməyə can atır.

Gundeminfo.az-a daxil olan xəbərə əsasən Məlikov bir zamanlar Aydın Əliyev tərəfindən gömrükdə ləğv edilmə səviyyəsində olan brokerliyin başına keçməyə və bütün broker xidməti göstərən kantorları öz nəzarətinə almağa çalışır. Mənbəmiz bildirir ki, bu "islahat"ını hələ ki, Səfər Mehdiyevə əsaslandıra bilməyən Ə.Məlikov daha yüksək dairlərdə gizli görüşlər keçirməyə can atır.

Saytımıza bilgi verən mənbə deyir ki, Səfər Mehdiyevlə anlaşmağa çalışan "Broker Əbülfəz" mediada neqativ olan karyerasını da düzəldə bilmir. Uzun illər dostluq etdiyi dairələrə dönük çıxan Məlikovun bir müddət sonra Səfər Mehdiyevə da "atacağı" ehtimalı böyükdür. Mənbəmiz deyir ki, Səfər Mehdiyev də bütün bunları hesablayır və hələ ki, Məlikovla geniş bir görüşdən yayınır.

Səfər Mehdiyevlə Əbülfəz Məlikovun münasibətlərinə dair əlavə məlumatları da təqdim edəcəyik. Bizi izləyin.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
296 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...