Prezidentin başçı təyin etdiyi jurnalist

Prezidentin başçı təyin etdiyi jurnalist

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Axar.az xəbər verir ki, T.Məmmədov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin mart ayında isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Tahir Məmmədovu özünə yeni müşavir təyin etmişdi.

Bundan öncə T.Məmmədov İctimai Televiziyada müxtəlif vəzifələrdə çalışıb. Xatırladaq ki, Prezidentin sərəncamı bu gün Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Beyləqan rayonuna başçı təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...