Yeni ili kreslosuz keçirəcək icra başçıları - kimlər yola salınır?

Yeni ili kreslosuz keçirəcək icra başçıları -

Dekabr ayında Azərbaycanın bir sıra rayonlarında, xüsusilə də, cari ilin aqrar hesabatları üzrə göstəriciləri bərbad olan rayonlarda icra başçılarının yenilənməsi prossesi başlayacaq. Dövlət başçısının göstərişlərinə uyğun olaraq kənd təsərrüfatı,sahibkarlarla iş, investitsiyaların təşviqiq və cəlbedilməsində geridə qalan rayonlarda başçılar yenilənəcək.

Gundeminfo.az-a daxil olan məlumata əsasən ilin yekunlarına uyğun olaraq artıq Hesablama Palatası bir neçə rayonda yoxlamalar aparıb. İlkin olaraq bəzi rayonlarda büdcə vəsaitlərinin istifadəsi,təyinatı üzrə xərclənməsində ciddi nöqsanlar aşkarlanıb. İcra başçıları bu ilin sonlarında yenilənən rayonlarla bağlı yoxlamaların nəticələri müvafiq olaraq hüquq mühafizə orqanlarına və Milli Məclisə təqdim ediləcək.

Bundan başqa həmçinin də digər qurumların, Naliyyə Nazirliyinin də müvafiq olaraq büdcə xərcləmələri ilə bağlı audit yoxlamalarının nəticələri hesabatlarda göstəriləcək. İlkin məlumatlara görə, artıq 3 rayonda icra başçılarının rəhbəri olduqları rayonlarda ciddi nöqsanlar aşkar edilib. Bu nöqsanların da aşkarlanması birbaşa olaraq icra başçılarının fəaliyyəti ilə bağlıdır. Gundeminfo.az-a həmin ciddi nöqsanlara yol vermiş və dövlət başçısının streteji olaraq tapşırıqlarına əməl etməyən rayonların və bu rayonların rəhbərlərinin adları bəllidir. Detallı olaraq bu rayonlarla bağlı məlumatları yaxın günlərdə təqdim edəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
363 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...