Sağlamlığımızı təhidi edən "EGE ab-havası..." - GİLEY

Sağlamlığımızı təhidi edən "EGE ab-havası..." -

“Grand” hospitalın adını dəyişib “Ege” etdikdən və türkiyəli həkimlər briqadası gətirildiyi xəbəri verildikdən sonra bu klinikada ciddi dəyişikliklər gözləyənlər yanıldı.

Ardıcıl ölüm hadisələri baş verən “Grand” hospital “Ege” olar-olmaz və türk həkimlər gətirər-gətirməz ahıl kişinin sol gözünü kor ediblər. Hələ buna görə 20 min alıblar.

Məcid Qurbanov deyir ki, atasının sağlamlığına ciddi zərər dəyib. Onun sözlərinə görə, atası Qurbanov Həsən Tapdıq oğlunun 65 yaşı var.
8 iyunda beyin qanaması keçirib. 1 ay Gömrük Hospitalında qalıb. Sonra reabilitasiya üçün evə buraxılıb.

“Facebookda Türkiyədən məşhur neyrocərrah – Özkan Tehlinin “Ege” hospitala dəvət olunduğunu gördük. Reklamlara inanıb Özkan Tehlinin yanına getdik.

21 avqustda atamı “Ege”yə apardıq. Özkan Tehli hər şeyin yaxşı olacağını, gələcəkdə bəlkə iş qabiliyyətini də bərpa edə biləcəyini dedi.
Özkan Tehli dedi ki, gözünü mənim doktorum müayinə etməlidir, biz dedik ki, gözə müalicəyə ehtiyac yoxdur, yaxşıdır.

Özkan Tehli cavabında bizə dedi ki, siz bilmirsiniz, doktorum Türkiyədə 43-cü yerə çıxıb, mənim ekibimdə pis həkim ola bilməz.

Özkan doktordan hər gün xəstəylə bağlı gözəl sözlər eşidirdik. Son günlərdə xəstədə hərəkətsizlik oldu. Nəhayət evə çıxacağmız gün Özkan doktor yoxa çıxdı. Yüksəl adlı şəxs bizə yaxınlaşdı və Özkan doktorun adından danışmağa başladı.

Dedi ki, Özkan doktor televiziyadadır, sizlə əlaqə saxlaya bilməz, sizə mən məlumat verəcəm. Xəstənin qanında infeksiya 2 qat artıb, amma başqa hər şey normaldır.

Buna qədər Ege hospitala artıq 20 min manatdan artıq pul ödəmişdik. Atamı evə çıxardıq, lakin vəziyyəti çox ağır görünürdü. Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq.

Məlum oldu ki, atam Ege hospitalda yatdığı vaxt təkrar beyin qanaması keçiribmiş. Bir neçə gün sonra “Ege”dəki göz doktorunun müalicəsinin nəticəsi olaraq, atamın sol gözü kor oldu”.

Bu ilin yanvarında Vergilər Nazirliyi son vaxtlar mətbuatın gündəmindən düşməyən məşhur “Grand Hospital”da yoxlamalara başlamışdı.

Klinikanın bir həftə əvvəl adının dəyişərək “EGE hospital” kimi fəaliyyətinə davam etməsinin bir səbəbi də vergi yoxlaması imiş.

Vergi yoxlamalarını klinikanın modern.az-a danışan mətbuat xidməti rəhbəri Türkan Məmmədli təsdiqləmişdi. Görünür ki, vergidən yayınma halları aşkarlanıb və bu borclardan yaxa qurtarmağın yollarından biri də klinikanın adını dəyişmək qərarı olub.

Bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.

MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Lakin bu klinikanın arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir.

Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib. Q.Quliyev indi klinikalara nəzarət edir.

Gələn həkimlərin çoxunun keçmişi elə “Ege Hospital”ın keçmişi kimi qaranlıqdır. Daha doğrusu hospital Türkiyə səhiyyəsinin illər öncə dışladığı şəxsləri Bakıya gətirib. Onlardan biri də op.dr Aytekin Başarğandır.

Aytəkin Başarğanın necə həkim olduğunu bilmək üçün adını “Google”da axtarışa vermək kifayətdir. Bu zaman qarşınıza Türkiyənin onlarla nüfuzlu mətbu orqanında onun 53 yaşlı bir xəstənin başına açdığı oyun barəsində geniş məqalələr çıxacaq.

Yazılanlardan belə anlaşılır ki, Başarğanın qəssablıq fəaliyyəti onun həkimliyini çoxdan kölgədə qoyub.

Sözügedən özəl klinikada ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımov dünyasını dəyişib. Onun əməliyyatdan sonra öldüyü bildirilib.

Qeyd edək ki, cəmi 14 gün əvvəl də “Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi. Gözündən əməliyyat olunan 20 yaşlı qız “Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü. 5 gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi. Əməliyyatı həyata keçirən invaziv radioloq İlqar Hüseynov isə hadisədə özünü qismən günahkar hesab etmişdi.“Grand Hospital”da bir neçə ay öncə də ölüm baş verib.

Belə ki, ötən ilin 24 iyun tarixində qaraciyərində yaranmış problemə görə “Grand Hospital”a müraciət edən Zaur Ağayev xəstəxanada edilən ilkin müayinədən sonra vəfat etmişdi. \\editor.az\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...