Asif Əsgərov yeni ildə işini itirəcək - Nəsiminin icra başçısı "qara siyahıda"

Asif Əsgərov yeni ildə işini itirəcək -

Nəsimi rayon icra hakimiyyətinin başçısı Aaif Əsgərov Bakı rayonları arasında ən mənfi reputasiyalı məmurlardan biridir. Nəsimi rayonunda yaşıllıqların məhv edilməsi, tikinti xaosu, icra hakimiyyətindəki bir sıra iri çinli məmurların adlarının adlarının tikinti ilə bağlı çəkilməsi diqqətdən yayınmayıb. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən Asif Əsgərovun oğlunun avtoqəza törətməsi, rəhbəri olduğu rayonda məmur özbaşnalıqları ilə bağlı ən yüksək instansiyalarda müzakirələr aparılıb.

Artıq yolun sonuna gəldiyi söylənilən Asif Əsgərovun adamlarından bir neçəsi ilə bağlı araşdırmaların aparıldığı da söylənilir. Gundeminfo.az-a bilgi verən mənbə iddia edir ki, Bayıl yamacında baş verən sürüşmə zamanı da aparılan araşdırmalar zamanı ortaya ilginc məqamlar çıxıb. Belə ki, Asif Əsgərovun Səbayel rayonunda icra başçısı işlədiyi zamanlar sürüşmə zonasında yerləşən mənzillərə rəsmi sənədlər verildiyi faktları ortaya çıxıb.

Gundeminfo.az-a bilgi verən mənbə deyir ki, Asif Əsgərov Xətainin icra başçısı Razim Məmmədovdan heç də geri qalmır. Uzun illər yüksək vəzifələrdə işləmiş Asif Əsgərov o qədər böyük sərvətlərə sahiblənə bilib ki, nəticə etibarilə də bu şəxsdə özünə böyük güvən yaranıb. Saytımıza bilgi verən mənbə iddia edir ki, Nəsimi rayonunda qanunsuz tikililərlə bağlı olaraq xeyli sayda şikayətlər hazırda araşdırılır. Tikinti xaosunda iştirak edən və Asif Əsgərova yaxın olan şəxslərin ən qısa zamanda sorğu-sual ediləcəyi söylənilir. Nəsimi rayonunda baş verən qanunsuzluqlarla bağlı olaraq geniç araşdırmalarımız olacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...