Azərbaycanın BİRİNCİSİ - əlli yeddi İL - ƏLLƏRİ YEDDİ YÜZ MİLYON ÜÇÜN UCALAN ADAM

Azərbaycanın BİRİNCİSİ -

57 yaşlı Azərbaycan prezidenti. 15 ildir ki, Azərbaycan dövlətinin rəhbəri. Nələr oldu, nələr dəyişdi?....

Azərbaycan inkişaf edən bir dövlətdir. Bu inkişafın hər anı, hər dəqiqəsi, hər məqamı bir adamın adı ilə bağlıdır. 10 milyonluq ölkə sakinlərinin 5 faizi narazıdır. Narazı olmayan bəşər övladımı var? Bəlkə ən zənginlər də, bəlkə ən kasıblar da narazıdır. Avropada, ABŞ-da dünyanın hansı ölkəsində narazı yoxdur? İnsan övladı bəzən hər təchizatının qarşısında, kiçik bir məişət problemi olursa narazı ola bilir. Amma bu gün ölkəmizdə narazı olanlar dövlətə, dövlət quruluşuna qarşı deyil. Vəzifədən atılan, pulunu ititrən, bəzən kiçik məmurların iddiaları qarşısında haqqı tapdanan hər kəs Azərbaycanda haqqını geri alır. Faktmı istəyirsiniz? Fakt budur. Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tam olaraq icra edən bir dövlətdir. Haqqınızı Avropada axtaran hər kəs ona tapa bilir. Amma Azərbaycanda haqqını axtarmaq, haqlı olduğunu, bəzi məmurların haqsız olaraq oratada olaraq söz sahiblərinə basqı etməsini anlamadan, anlayaraq əzməyə çalışır. Amma ortada dövlət, millət maraqları yoxsa ona kimsə kiçik mənafelər uğruna qalib obrazında yanaşa bilməz.

22 illik media təcrübəmdən deyirəm. Əsl dəyərlər, əsl dövlət maraqları, gerçək bir Türk törəsi dediyiniz məqam varsa qoruyan BİRİNCİDİR. Çox olub. Ən yüksək vəzifəli məmurlar, sıradan vətəndaşlar BİRİNCİ bunu xoşlamır ifadəsini eşitmişəm. Doğurdan da Mərhum Prezidentimiz, Ümummilli Lider Heydər Əliyev sadalanan mənəvi də dövlət dəyərlərini də qoruyardı. Axı biz heç zaman dövlətin, şəxsin dəyərlərinə yönəlik olmayan heç bir sözə görə bu ölkədə kiminsə təqib edildiyini, kiminsə söz haqqının məhdudlaşdırıldığının şahidi olmadıq. Olmadıq, olmayacaq da!!!
Azərbaycanın BİRİNCİSİ -

Azərbaycan Prezidenti hər zaman sosial olaraq insanların yanında oldu. Hansı media nümayəndəsi, hansı ictimai fəal real olaraq şəxsə və dövlətə yönəlməyən tənqid etdi, onu məsuliyyətə cəlb etdilər? Azərbaycanda nə qədər media təmsilçisi, nə qədər Qarabağ qazısı, nə qədər mədəniyyət xadimi "Prezidentin şəxsi nəzarəti", "Prezidentin şəxsi göstərişi" ilə rəsmi olaraq müalicə olundu? Qayğı göstərildi...

Azərbaycan Prezidenti 50 milyonluq azərbaycanlıların prezidenti olamadı... İlham Əliyev Bütün Türk Dünyasının liderlərindən BİR İİNCİ OLDU.

Doğum gününüz Mübarək Cənab prezident. Çox yaşayın!

Razi Abasbəyli.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
442 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...