Tramp şikayət etdi: “Ağ Evdə tək qalmışam”

Tramp şikayət etdi: “Ağ Evdə tək qalmışam”

“Ölkə.Az” xəbər verir ki, Tramp Milad bayramı ərəfəsində Ağ Evdə tək qaldığını yazıb. O, demokratların qayıdacağını və Meksika ilə sərhəddə divar hörülməsi üçün maliyyə məsələsində razılığa gələcəklərini gözlədiyini qeyd edib.

22 dekabr tarixində isə Konqres yeni büdcəni təsdiqləməyib. Tramp isə əgər Meksika ilə sərhəddə divar inşası üçün maliyyələşmə əlavə edilməsə, büdcəni imzalamayacağını bildirib. Prezident Milad bayramı üçün Floridaya getməməyi, Vaşinqtonda qalmağı üstün tutub.

“Mən Ağ Evdə tək qalmışam. Demokratları gözləyirəm ki, gəlsinlər və sərhədin təhlükəsizliyi üçün sənədi imzalayaq”, - deyə Tramp yazıb.

Qeyd edək ki, ABŞ Senatının növbəti iclası 27 dekabrda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...