Arif Alışanovu əvəz edən gənc kimdir? - Dosye

Arif Alışanovu əvəz edən gənc kimdir? -

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib və onun səlahiyyətlərini hazırda jurnalist Rövşən Məmmədov icra edir.

Axar.az xəbər verir ki, R.Məmmədov (Raqif oğlu) Azərbaycanda diaspor mətbuatının tədqiqatçılarındandır. Bundan əvvəl Lider TV "İdman və vətənpərvərlik redaksiyası"nın rəhbəri, “Carçı” informasiya proqramı redaksiyasında redaktor vəzifələrində çalışıb. Azərbaycan Universitetində “Radio və televiziya jurnalistkasının əsasları”, “KİV-də marketinq və reklam”, “Multimedia jurnalistikası” fənlərini tədris edir.

BDU Jurnalistika fakültəsinin məzunu, 2000-ci ildən Lider TV-nin əməkdaşı olub. Bakı Slavyan Universitetində urnalistikaya dair ixtisas fənlərini tədris ediib. “Müstəqillik illərində Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri” adlı elmi işi ilə PhD dərəcəsi alıb. 10-dan çox elmi məqalənin, 3 kitabın (Azərbaycan diasporu və milli mətbuat, Avropada Azərbaycan diaspor mətbuatı, Lider jurnalist) müəllifidir.

Hazırda AzTV-nin efirində gedən "Günün nəbzi" və "Həftə" analitik proqramı Rövşən Məmmədovun təqdimatında yayımlanır. O, 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı” ilə təltif olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
439 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...