Salyan Rayon İcra Hakimiyyətindən rəsmi narazılıq var - GÜNDƏM

Bir neçə gün əvvəl Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində mühim məqamlara aydınlıq gətirib. Gundeminfo.az rəsmi olaraq hazırlanan açıqlamaya istinadən xəbər verir ki, bu barədə rəsmi olaraq bilgilər yayılıb.
- "2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artıb”.
Onun sözlərinə görə, dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.
Gundeminfo.az olaraq apardığımız sosial şəbəkə və internet axtarış sistemlərindəki nəticələr də bir daha sübut edir ki, təkcə Salyan rayonu ilə bağlı deyil, adları fəaliyyətlərini düzgün formada qura bilməyən, vətəndaşlarla təmasdan yayınan rayonlarla bağlı təkcə tənbeh tədbirləri həyata keçirilməyəcək. İnformasiyalara əsasən Salyan, Neftçala, Naftalan, Gədəbəy rayonları ilə bağlı da məlumatlar araşdırılacaq.
Saytımıza bilgi verən mənbə iddia edir ki, Dövlət Başçısının bu günlərdə yaratdığı və İdarə Heyyətinə deputat Zahid Orucun təyin olunduğu Sosial Tədqiqatlar Mərkəzi də məhz bu məqamları araşdırılacaq.
361 dəfə oxundu