Səudiyyədən açıqlama: İran axırıncı ölkədir ki...

Səudiyyədən açıqlama:

Döyüşçüləri maliyyələşdirən İranın başqalarını terrorizmdə ittiham etməyə haqqı yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər üzrə Dövlət naziri Adil Cübeyr deyib.

“İran terrorçuların öz əraziləri üzərindən hərəkətinə icazə verən ölkədir. Bu səbəbdən o, başqalarını terrorizmdə ittiham edəcək son ölkədir”, - deyə nazir bildirib.

Qeyd edək ki, İran Baş Qərargah rəhbəri ölkənin cənubunda baş verən terror olayının Səudiyyə və BƏƏ tərəfindən maliyyələşdirdiyini iddia etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
240 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...