“Sipark İnşaat” alimləri süründürür ŞİKAYƏT VAR

“Sipark İnşaat” alimləri süründürür

Prezident İlham Əliyevin sərəncamı ilə AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış alimlər üçün tikilmiş binanın 55 mənzili AMEA və “Evrostroy-S” MMC (indiki adı indiki adı “Sipark İnşaat”) tərəfindən adı siyahıda olmayan şəxslərə satılıb.

Elçhi.az-a bu barədə AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış sakinlər şıkayət məktubu göndəriblər.

Sözügedən şikayət məktubunda deyilir ki:

“AMEA-nın cüzi maaşı ilə bir ömür yataqxanada yaşayan sakinlərin həyatının dəyişməsi üçün möhtərəm Prezidentimizin humanistlik göstərərək verdiyi göstəriş hələ də kağız üzərində qalır. Əsasən son iki ildə AMEA və “Evro Stroy-S” MMC tikinti şirkətinin Bakı şəhər Şərifzadə 12 ünvanında yerləşən yataqxananın sakinlərinin mənzil almaq hüququnu pozaraq, onları evsiz qoyub dövlət orqanlarının qapılarında süründürürlər. 20 ildən artıq yaşadığımız həyəti darmdağın edib yerində 5 bloklu 4 bina tikib milyonlar qazanan şirkət və AMEA rəhbərliyi bizim mənzillərimizi mənimsəyib. Yataqxana sakinlərinin köçürülməsi üçün nəzərdə tutulmuş 2 blokdan 128 mənzildən ibarət binanı öz aralarında sövdələşərək satışa çıxarıblar. Sakinlərin bir qismini qanunla onlara aidiyyat olmayan binada mənzillə təmin edib, bir qisminə isə şəhərdən kənarda Masazırdan, Xırdalandan, Buzovnadan daha az sahəli mənzillər təklif ediblər və bəzilərinə də daha irəli gedərək mansard qatlardan mənzil verib, bu minvalla bizi də evsiz qoyublar.”

Elchi.az olaraq “Evrostroy-S” MMC-nin kimə məxsusluğunu araşdırarkən maraqlı məqamlar ortaya çıxdı. Beləki sözügedən inşaat şirkətinin sən demə Akif Çovdarovla əlaqəsi varmış. MTK sahibi olan əslən şəmkirli Famil Xəlilov sonradan Şirkətin adını dəyişərək “SiPark inşaat” qoyur. Bununla da o həm alimlərə uddurduğu qandan yaxa qurtarmağa çalışır, həm də Akif Çovdarovla bağlılığını ört-basdır etmək istəyir. Akif Çovdarovla bağlılığa gəlincə isə hələ illər öncə mətbuatda dərc olunmuş ilginc bir fakta nəzər salaq:

“Şəbnəm Tovuzlu MTN-ə niyə aparılıb?

İcmal.az -in xəbərinə görə məlum olmuşdu ki, Əsədova bir müddət öncə Çovdarovun yaxın dostu olan Famil adlı şəxsin sifarişiylə saxlanılıb. Araşdırmalarımız zamanı o da məlum olub ki, bu şəxs uzun müddət Şəbnəm Əsədova ilə vətəndaş nikahında yaşayıb və məhz sənətçini qısqandığından belə bir addım atıb.

Belə ki, Əsədovanın davranışları son zamanlar sevgilisində şübhələr yaratdığından və onun həyatında başqa birinin olduğunu düşündüyündən dostu Çovdarovdan bu cür xahişdə bulunub. Çovdarov isə dostunun sözünü yerə salmayıb.

Mətbuatda kifayət qədər geniş səs-küy yaradan həmin məlumatda deyilir ki, Sonradan Əsədova Famil adlı şəxsə “ağıllandığı” barədə xəbər göndərib və məhz bundan sonra Çovdarovun tapşırığıyla sərbəst buraxılıb.”

Burada adıkeçən Famil məhz “Sipark İnşaatın” sahibi həmin Famil Xəlilovdur ki, alimlərin evlərini sataraq əldə etdiyi pulları Şəbnəm və onun kimilərə xərcləyir. Araşdırmamız zamanı o da üzə çıxdı ki, Famıl Xəlilov Şəbnəmdən ayrılandan sonra şakərindən əl çəkmir. Belə ki, o bu dəfə Şəbnəmə “gözdağı” vermək üçün özünə yeni müğənni məşuqə tapır. Gələn xəbərlərdə bildirilir ki, Famil Xəlilov indidə alimlərin evini sataraq əldə etdiyi pulla Vəfa Şərifovanı saxlayır. Hətta bu barədə hələ ötən il adıçəkilən Müğənnilər arasında “dava” da olmuşdu.
“Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu aralarında “kişi”ni bölə bilmədilər

ARB Tv-də yayımlanan “Səhər-səhər” verilişində gərgin anlar yaşanıb.

A24.Az xəbər verir ki, Şəbnəm Tovuzlu Vəfa Şərifov gərginliyinə İsa Şükürov münasibət bildirib. O: “Şəbnəm xanım sizin adınızı çəkmirdi. Siz olmuyan müharibəni alovlanırdız.

Heç kim sizin sözünüzə əlavə etmir. Mən hətta eşitmişəm ki, bu iki şəxs arasındakı münasibət bəy məsələsinə görə korlanıb. Lakin Şəbnəm xanım bu məsələdə fərqli mövqe tutdu” deyə fikrini bildirib.

Buna cavab olaraq isə Vəfa Şərifova cavab verib. O:” Yox belə bir şey yoxdur. Sadəcə mənim keçmişimlə bağlı danışmışdı. Məsələ bu idi. Onun da həyatında bir bəy var, mənim də həyatımdakı şəxs ayrıdır” deyə cavab verib.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
268 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...