Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışlayıb

Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışlayıb

Avropa İttifaqı (Aİ) prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatları üzvləri, bloqqer və jurnalistlər də daxil olmaqla 400-dən çox məhbusu əfv etməsini alqışlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisinin mətbuat katibinin bəyanatında deyilir.

Bildirilib ki, Aİ Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq gələcəkdə də analoji addımlar atacağını gözləyir:

“Aİ qarşılıqlı fəaliyyəti, eyni zamanda bu əlaqələrdə mühüm element sayılan insan haqları sferasında münasibətləri inkişaf etdirmək məqsədilə Azərbaycanla əməkdaşlığa davam edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...