Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir

Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir

Prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edir. Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir. ONA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak edirlər.

Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydana gəliblər. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev sakinlərlə söhbət edib. Novruz şənliyinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada “Novruz” yarmarkası ilə tanış olublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...