Bu icra başçıları işlərini itirəcəklər - az zamanları qalıb

Bu icra başçıları işlərini itirəcəklər -

XəbərAl.az xəbər verir ki, son günlərdə cənab prezident İlham Əliyevin bölgələrdən gələn şikayət məktublarını şəxsən özü qəbul edib , şəxsən nəzarətində araşdırılması bir neçə rayonlarda İcra Hakimiyyəti başçılarının ölkə prezidenti ilə vətəndaşlar arasında aşılmaz sədd olduqlarından xəbər verir.

Kabinet və kreslolarına arxayınca oturan İcra hakimiyyətlərinin başçıları nəinki, vətəndaşların müraciətinə baxmaq , hətta vətəndaşları qəbul edib dinləməyə belə vaxt ayırmaq istəmirlər. Lakin , cənab prezidentin vətəndaş-dövlət dostluğu xətti ilə yürütdüyü siyasət bir neçə İcra başçılarının ürəyinə vəlvələ salıb, kresloların laxladıb. Beləki, etibarlı mənbələrdə bildirirlərki, yaxın günlərdə vəzifələrini itirəcək İcra başçıları məlum olub.

Mənbənin verdiyi məlumata görə, bunlardan vətəndaşlar tərəfindən cənab prezidentə daha çox şikayət daxil olunmasına görə rekorda imza atan Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur. O, Fazil Məmmədova qarşı çıxıb, hətta onu Şəmkirdən qovmağa müvəffəq olub. Aralarında gedən böyük mülk davası nəinki Şəmkir camaatını , hətta yuxarıları belə çaş-baş salıb. Bu səbəbdəndə artıq Alimpaşa Məmmədov “qara siyahı”da olan İcra başçılarındaır ki, oda vəzifəsini itirmək üzrədir.

Kürdəmir rayonundan öncə Tərtər rayonunda icra başçısı işləmiş Ceyhun Cəfərov o rayonda insanların böyük nifrətini qazanmış , Tərtərdən Kürdəmirə İcra başçısı olaraq yola salınanda rayon sakinləri sevindiklərindən qurban kəsib, nəzirlər vermişdilər. Öz hegomonluq missiyasını Kürdəmir rayonundada davam etdirən Ceyhun Cəfərov hal-hazırda Kürdəmir camaatınıda təngə gətirib. Vətəndaşları, sahibkarları incidən Ceyhun Cəfərovdanda həm ölkə rəhbərliyinə, həmdə metbuata şikayətlərin ardı-arası kəsilmir.

Ağstafa rayon İcra başçısı Məhərrəm Quliyevin adı daima öz müavini Ramiz Tatarovla qalmaqalda hallanır, hər iki məmur nəisə bölüşdürə bilmədiklərindən rayonun və rayon sakinlərinin problemləri demək olarki, unudulub. Ağstafa rayonundan gələn məlumatlara görə İcra başçısı Məhərrəm Quliyevin qəbuluna düşüb, problemini deyə bilən şəxs dünyanın ən şanslı insanı sayılır. Daim vətəndaşları düşünən ölkə rəhbərinin siyasətinə zidd olan, vətəndaşları dövlətdən narazı salan Məhərrəm Quliyevdə yaxın günlərdə vəzifədən getməklə Ağstafa camaatını sevindirmiş olacaq. Mənbə bildirirki, Məhərrəm Quliyevin vəzifədən getmə xəbərini eşidən müavin Ramiz Tatarov İcra başçısı postunu tutmaqdan ötrü əlindən gələni əsirgəmir ki, “Kaş arzusu ürəyində qalmasın”...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
283 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...