Salyanda Zərifə Əliyeva adına parkla bağlı narazılıq - sakinlər icra başçısını gözləyir

Salyanda Zərifə Əliyeva adına parkla bağlı narazılıq -

Gundeminfo.az sosial şəbəkələrdə yayılan xəbərlərə istinadən yazır ki, bu gün səhər saatlarında Salyan rayonun mərkəzində yerləşən Zərifə Əliyev adına parkda narazı sakinlərin toplantısı olacaq. Məlumata əsasən sakinlər park ərazisində qanunsuz olaraq tikintisinə icazə verilmiş obyektlərə etiraz edirlər.

Park ərazisində tikintisinə icazə verilmi. obyektlər yaşıllıq ərazidə inşa olunur. Tikinti işləri davam etdirilərsə, ağacların kəsilməsi zərurəti ortaya çıxacaq deyə sakinlər narahatdır.

Bildirilir ki, narazı sakinlərin etirazları artandan sonra icra başçısı Sevindik Hətəmov əraziyə gələcəyinə dair vəd verib. Hələlik sakinlərin etirazları ilə bağlı Sevindik Hətəmovun görüş keçirib-keçirmədiyi barədə məlumat yoxdur. RİH-dən də müvafiq olaraq telefonlara cavab verən yoxdur.

Əlavə məlumat verməyə çalışacağıq.

Salyanda Zərifə Əliyeva adına parkla bağlı narazılıq -
Salyanda Zərifə Əliyeva adına parkla bağlı narazılıq -





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...