Ramiz Rzayev məhkəmə hakimlərinə XƏBƏRDARLIQ ETDİ
Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərmanı məhkəmə-hüquq sisteminin yeni strateji yol xəritəsidir. Gundeminfo.az-ın məlumatina görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. R.Rzayev qeyd edib ki, Fərmanda məhkəmə-hüquq sisteminin bütün fəaliyyət istiqamətləri müəyyən edilir: "Ədalət məhkəməsinin keyfiyyətinin artırılmasına nail olunacaq, müəyyən edilən nöqsanlar aradan qaldırılacaq".
Ali Məhkəmə sədrinin sözlərinə görə, Fərmanda nəzərdə tutulan göstərişlərin vaxtında yerinə yetirilməsi üçün hər bir hakiminin üzərinə böyük məsuliyyət düşür: "Vatəndaşların məhəkəmələrə inamını təmin etməli, süründürməçilik halları aradan qaldırılmalıdır. araşdırmalar göstərir ki, bu sahədə hələ də vətəndaşları narahat edən nöqsanlar var. Buna görə hər bir hakim dəyişikliklərə özündən başlamalıdır".
R.Rzayev bildirib ki, Fərmanda bütün məhkəmələrin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə edilir.
427 dəfə oxundu