Salyan rayonun icra başçısı vəzifəsindən alınacaq - etimadı doğrulda bilmir

Salyan rayonun icra başçısı vəzifəsindən alınacaq -

Yaxın günlərdə bir neçə rayonun icra başçısı vəzifəsindən alınacaq və onlar yeni vəzifəyə təyin olunmayacaqlar. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən belə icra başçılarından biri də Salyan rayonun icra başçısı Sevindik Hətəmovdur. İnformasiyaya əsasən Salyan rayonu üzrə neqativ faktlar o qədər çoxdur ki, son zamanlar rayona hər hansı abadlıq və ya təmir-tikinti üçün vəsaitlərin ayrılması da dayandırılıb. İnformasiyaya görə, rayonun icra başçısı Sevindik Hətəmov bir neçə gün öncə Bakıya dəvət edilib. Onun rayonla bağlı hesabatlar təqdim etməsi istənilib. Ötən ilin yeükunlarına əsasən daha çox neqativlərlə zəngin olan rayonda cari ilin ilk 3 ayı ərzində də sosial-iqtisadi göstəricilər kifayət qədər aşağı olub. Buna görə də, qərara alınıb ki, Salyana dövlət büdcəsindən əlavə olaraq vəsaitlərin ayrılması dayandırılsın.

Saytımıza bilgi verən mənbə iddia edir ki, Salyanla bağlı olaraq hətta dövlət başçısı da hər hansı yeni abadlıq və tikinti işlərinin aparılması ilə bağlı olaraq qərar vermir. Gözləntilərə əsasən Sevindik Hətəmov yaxın zamanlarda işdən alınacaq və o yeni vəzifəyə təyin olunmayacaq. Buna baxmayaraq mənbəmiz iddia edir ki, Sevindik Hətəmov yaxın ətrafına yaxın zamanlarda Bakının Xətai rayonuna icra başçısı təyin ediləcəyini deyib. Lakin buna baxmayaraq mənbəmiz iddia edir Sevindik Hətəmov yaxın zamanlarda vəzifəsindən alınacaq və yeni vəzifyə təyin olunamayacaq. Xəbərlə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...