Məmmədovdan üz döndərən, hər işində "uğur" qazanan Qurbanovun iddiaları

Məmmədovdan üz döndərən, hər işində "uğur" qazanan

Bakı Dəmiryol Vağzalı Azərbaycanın qapısıdır. Yerüstü nəqliyyatla Azərbaycanın Bakının qapısı. Amma son zamanlar bu qapılardan keçən, bu qapıların arxasında qalan nə qədər insan var?! Bir batmaqda olan Avropa şirkətindən məsləhət almaq üçün 10 milyon büdcə pulundan keçən Cənab Cavid Qurbanov qapının kilidini, açarını əlində saxlayıb. Bakı-Tiflis-Qars dəmiryol xətti ilə bağlı tarifləri Gürcüstan və Türkiyəylə birgə təyin edə bilmədiyindən(?), dövlətin meqalayihəsinin aktiv fazada işləməsinə mane olan bir qurum və onun rəhbəri...

Cavid Qurbanov adətən özünə ad günləri keçirəndə, onu mediada geniş işıqlandırır. Nədənsə bunda da çox maraqlı görünür. Və ötən il bir ad günü keçirir deyir ki, mən bu günə qədər həyatımda nə qazanmışamsa öz hesabıma qazanmışam. Gundeminfo.az gündəm olan mövzularla bağlı Cavid müəllimin nəyi öz hesabına qazanmasına və ya qazanmamasına heç bir sual işarəsi qoymadan bir məqama diqqət çəkir. Qurbanov adətən sabiq nəqliyyat naziri Ziya Məmmədovdan xoşlanmır. Onun hesabına nəyəsə nail olub deəsələr çox qıcıq olar...
Məmmədovdan üz döndərən, hər işində "uğur" qazanan

Amma və lakin biz də nail olmaq fealində Cavid Qurbanovla, Ziya Məmmədovun yanaşı üqayisəsini aparmaq niyyətində deyilik. Sadəcə olaraq xatırlada bilərik ki, bir zamanlar Z.Məmmədov nazir olanda Bakı Dəmiryol Vağzalının rəisi Arif Əsgərov çox böyük tənqid atəşinə tutulurdu. Sonra Cavid Qurbanov sabiq nazir Ziya Məmmədovun yaxın adamının yerinə bu posta rəhbər təyin olundu. Və uzun illər Azəravtoyol ASC-də rəis işləyən Cənab Qurbanov tam müstəqil ola bilmək və özünü ifadə etmək üçün Dəmiryoluna rəhbər təyin edildi.

Yerli medianın, ictimayyətin, ekspertlərin də iddialarına əsaslansaq son və yaxın 10 ildə Azərbaycan dövlət büdcəsindən yol təsərrüfatlarına ayrılan milyardların səmərəsiz olaraq istifadə edilməsi hallarında təkcə Ziya Məmmədovun deyil, Cavid Qurbanovun da iştirakı olub. Amma nə işdirsə, Ziya Məmmədov gözdən çıxarılmış bir dövlət xadimi deyil. Amma Cavid Qurbanov sabiq naziri ilə bir sətirdə adının yazılmasında maraqlı görünmür...

Detal-detal olaraq araşdırma aparmaq tələb olunur. Zamanla ölkənin yol təsərrüfatında Cavid Qurbanovun rəhbəri olduğu "Azəravtoyol" ASC ilə, Ziya Məmmədovun Maliyyə Nazirliyində birləşən mühasibat-maliyyəa asılılıq və maraqları nədən ibarət olub?

Məmmədovdan üz döndərən, hər işində "uğur" qazanan


Bu gün Dövlət Dəmiryol İdarəsində təsərrüfat işlərində büdcə vəsaitlərinin xərclənməsi nə qədər şəffafdır? Suallarımız çoxdur. Güman edirik ki, Azərbaycan Dövlət Dəmiryol İdarəsindən qaranlıqlara işıq salmaqda bizə yardımçı olan tapılacaq. Amma yalnız Cavid Qurbanov Ziya Məmmədovun adından niyə qıcıq olur sualına yalnız özü cavab verə bilər hər halda...

Ardı var...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
590 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...