İki Fuad və bir Bülbüloğlu - Azərbaycan diasporu ilə səfirin həmrəylik sorunu

İki Fuad və bir Bülbüloğlu -

Günlərdir ki, yerli medaida, sosial şəbəkələrdə azərbaycanlı jurnalist Fuad Abbasova qarşı davranışlar, diaspor təşkilatlarına yönəlik ittihamlar. Bir-birini həbs etdirmə ittihamları və sair yer alır. Kim-kimi həbs etdirir. Ermənilərə qarşı açıq mövqe ifadə edən jurnalist Fuad Abbasov həbs edilir, işgəncə verilir, Bakıda aksiya olur. Sosial şəbəkələrdə "azad edildi", "yox həbsdədir" kimi xəbərlər yayılır. Amma Diasporla İş üzrə Dövlət Komitəsi susur. Sanki yoxlar. Qarşıdan 28 may Azərbaycan Cumhuriyyətinin Qurulmasının 101 illik dönəm tarixi gəlir yenə susurlar. Bakı böyük bir tədbirə ev sahibliyi edəcək, Azərbaycana yönəlik qarayaxma kampaniyası var, Komitə susur, yoxdu...

Azərbaycana onminlərlə turist gələcək, dünyada ölkəmizi tanıtmaq, təqdim etmək, Azərbaycanın nə qədər sabit, inkişaf edən bir dövlət olduğunu, tolerantlıq ünvanı olduğunu təbliğ etmək üçün büdcədən milyonlarla manat vəsait ayrılan Diasporla İş üzrə Dövlət Komitəsindən iki cümləlik bəyanat, videoçarx belə yoxdu...

Bəlkə də var. Hansısa QHT ilə, hansısa startap layihəsində, kiçik konfrans zallarında amma ölkə, dünya ictimayyətinə təqdim edilən bir əyani vəsait yoxdu. Komitənin könüllüləri bir yana, hər ay əmək haqqı alan və a-dan z-yə qədər hər kəsin vəzifəsi olan minlərlə işçisinin bircə nəfəri də yoxdu ortada...

Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbər təyin olunanda hər kəs güman edirdi ki, gəncdir, deputat olub və həm də beynəlxalq əməkdaşlıq diplomatiyasını yaxşı bilir. Uğur qazanacaq. Ədalət naminə ilk təyinat günlərində Muradov xeyli çalışdı. Amma deyəsən tez yoruldu. Və ya...

Bir də bizim Rusiyada səfirimiz var. Polad Bülbüloğlu...

Fuad Abbasovun şəxsinə yönəlik skandal müstəvidən çıxıb və ya kimlərsə çıxarıb. Detallarını Moskvadakı iqamətgahında oturan Cənab səfirimiz bilər hər halda.. Amma diplomatik dillə də olsa bir açıqlama yoxdu.

Niyə Fuad Muradov Polad Bülbüloğlu belə məsələlərdə birlikdə deyil. Niyə Cənab Muradovun mövqeyini mediada görmürük?

Yazı sabah daha ətraflı olaraq suallar və cavablarla yayımlanacaq. Güman edirik ki, ölkə ictimayyəti üçün dolğun bir xəbər hazırlamaqda Diasporla İş üzrə Dövlət Komitəsindən bizlərə yardımçı olan tapılacaq. Ən azı Azərbaycana qarşı olan ünsürlərin ağzını yunmaq üçün...

Gundeminfo.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...