Həmyerlisi keçmiş gömrük narazıdır - "Nə mən hər zaman belə kasıb olmuşam..."

Hazırda mənim çox ağır xəstəm var, maddi dəstəyə ehtiyacım var. Güman gələn yerim Mübariz müəllim oldu. Maddi vəziyyəti yaxşı olmasaydı , heç ona üz tutmazdım. Getdim rəhbərlik etdiyi “Həsən holdinq”ə. Hər dəfə məni bir vədlə aldadtdılar. Maddi yardım göstərəmədikləri bir yana, mənimlə sayğısız davrandılar. Hətta Mübariz Pənahovla mənim iki dəqiqə görüşməyim üçün şərait belə yaratmadılar. Düz 3 aydır ki, məni müxtəlif vədlərlə aldadırlar. Əminəm ki, bütün bunlardan özünün xəbəri var. Çünki şəxsi nömrəsinə mesaj da yazmışam. Heç cavab da belə verməyib. Mən Mübariz müəllimi lap uşaqlığından tanıyıram. Nə mən hər zaman belə kasıb olmuşam, nə də o, indiki kimi varlı olub. Çox təəssüf edirəm ki, o indiki maddi vəziyyətinin yaxşılığından istifadə edib, belə sayğısızlıq edir. Özü də onun üzərində haqqı olan şəxsə qarşı”.
Azinforum.az olaraq səslənən fikirlərlə bağlı Mübariz Pənəhovun da mövqeyinə yer verməyə hazırıq.
Azinforum.az
358 dəfə oxundu