Sabirabadda başçı insanları qapıdan qovur - NARAZILIQ

Sabirabadda başçı insanları qapıdan qovur -

Siraqəddin Cabbarovun Sabirabada başçı təyinatından sonra sözügedən rayonda başsızlıq yaranıb desək, yanılmarıq. Hər halda günü gündən artan şikayətlər belə deməyə əsas yaradır.

GUNDEMİNFO.AZ DİA.AZ-a istinadən bildirir ki, bu gün Sabirabad sakinləri üzləşdikləri problemlə bağlı hansı instansiyaya şikayət etməli olduqlarınıda bilmirlər. Məsələn, Sabirabadın Qalağayın kəndinin sakini Şahin Bağırov deyir ki, həyətyanı təsərrüfatlara da su verilmir:
Sabirabadda başçı insanları qapıdan qovur -


​«Bu il mindən çox calaq ağacım, qarğıdalı və pomidor əkinlərim yandı. Kəndin bir hissəsini su ilə təmin etməli olan arx illərdir ki, təmizlənmir. Su idarəsi günahı bələdiyyədə görür. Bələdiyyənin isə nə texnikası var, nə də bu işi görməyə marağı. Əvvəlki vaxtlarda adamlar kartofa, soğana, bostan və tərəvəz məhsullarına olan tələbatını öz həyətyanı torpaqları hesabına ödəyirdilər. İllərlə su görmədiyindən artıq bu torpaqlar da şoranlaşır. 150-dən artıq ev təsərrüfatı beləcə batıb gedir».

Sabirabadda başçı insanları qapıdan qovur -


Narazı sakinlərin sözlərinə görə, həm əlaqədar qurumlara və həm də yerli icra hakimiyyətinə müraciətləri cavabsız qalır: "Belə davam edərsə, Sabirabad sakinləri həm müflisləşəcək, həm də səfalətlə üz-üzə qalacaqlar".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...