Xızıda 300 ev, 500 ailə çirkab sular içində yaşayır - FOTO

Xızıda 300 ev, 500 ailə çirkab sular içində yaşayır -
Gundeminfo.az-ın redaksiyasına Xızı rayon Yeni Yaşma kənd sakinləri tərəfindən müraciət daxil olub.

Kənd sakinləri müraciətlərində bildirir ki, 30 ildən çoxdur ki, insanların sıx məskunlaşdığı bu kənddə kanalizasiya sistemi yoxdur. Kanalizasiya sisteminin olmamamsı səbəbəindən insanlar çox ağır şəraitdə yaşamalı olurlar. Xüsusilə də ilin yay aylarında ətrafa axıdılan çirkab sular, müxtəlif xəstəliklərin yayılmasına səbəb olur.

Sakinlər bildirir ki, 300-dən çox ev olan bu kənddə 500-ə yaxın ailə yaşayır. Kanalizasiya xətlərinin olmaması səbəbindən çirkab sular həyətlərə axıdılır.

"Elə həyətlər var ki, çirkab suları axıdmaq üçün qazdıqları quyuların sayını belə itiriblər. Kənd sakinləri olaraq əlaqədar qurumlara müraciət edərək, bu problemin həll edilməsi istiqamətində bizə yardım etmələrini istəyirik. Bir neçə dəfə "Azərsu" ASC-yə mütaciət etsək də, aldığımız cavablar ümumi və standartdır. Dəfələrlə müraciət etməmizə baxmayaraq qarşılaşdığımız bu problemlə bağlı heç bir tədbir görülməyib" deyə sakinlər Gundeminfo.az-a ünvanladıqları müraciətlərində yazırlar.

Şikayətçilər adətən yerli icra strukturlarından da sadəcə olaraq "vəsait yoxdur" cavabı alırlar.

Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq.


Xızıda 300 ev, 500 ailə çirkab sular içində yaşayır -
Xızıda 300 ev, 500 ailə çirkab sular içində yaşayır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...