Deputat vergi işçilərini döydürdü - VİDEO

Deputat vergi işçilərini döydürdü -

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı ilginc məlumatlar yayılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, deputat İqbal Məmmədov Lerik rayonunda yerləşən ona məxsus olan "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb.

Yayılan xəbərdə bildirilir ki, yoxlamaya gələn vergi işçiləri və köməyə çağırılan polisləri içəri buraxılmayıb və vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq edilib.

Baş vermiş hadisə ilə bağlı Vergilər naziri Mikayıl Cabbarov məlumatlandırılıb və yaxın günlərdə olayla bağlı müvafiq tədbirlərin görüləcəyi deyilir.

Hadisəni özündə əks etdirən şok videonu təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...